Reklam
Kəlbəcərli şəhid tabor komandiri Mahir Quliyev anılıb
09-04-2023 14:56

Birinci Qarabağ müharibəsi şəhidi, tabor komandiri Baş leytenant Mahir Quliyevin Şəhidlər Xiyabanındakı məzarı başında anım mərasimi keçirilib.
Dalidag.az xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, Millət vəkili Aqil Məmmədov, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, digər ziyalılar, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Şəhidin ruhuna dualar oxunub və şəhidlərimizin əziz xatirəsi anılıb.
Anım mərasimində Millət Vəkili Aqil Məmmədov və digər natiqlər öz çıxışlarında Mahir Quliyevin keçdiyi şərəfli döyüş və ömür yolundan söz açaraq, şəhidlərimizin qəhrəmanlığından bəhs etdilər. Natiqlər bildirdilər ki, şəhidlərimizin qisasi Müzəffər Ali baş komandanın qətiyyəti və Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində layiqincə alınıb. Bu gün şəhidlərimizin ruhu artıq şaddır. Nə qədər ki, Azərbaycan dövləti var şəhidlərimiz daima hər birmizin qəlbində əbədi olaraq yaşayacaq. Resublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da artıq əzəmətli Azərbaycan bayrağı dalğalanır. Eyni zamanda çıxış edənlər bildirdilər ki, belə tədbirlər mütəmadi olaraq keçirilməli, vətən yolunda şəhid olmuş hər bir şəhidimizin xatirələri daima əziz tutulmalıdır.
Sonda çıxış edən şəhid Mahir Quliyevin qardaşı, əməkdar jurnalist Əlövsət Ağalarov və ailə üzvləri tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, şəhid ailələrinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Dalidag.az








Kateqoriya: Kəlbəcər
Tarix: 09-04-2023 14:56
Baxış sayı: 2329Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















