Reklam
Kəlbəcərin işğalının 30-cu ildönümü qeyd edildi - Şəkillər
01-04-2023 16:22

Kəlbəcər rayonun işğalının 30-cu ildönümü qeyd edilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına etitamlarını bildiriblər.Tədbirdə Kəlbəcər rayonun işğalından və bu günündən bəhs edən sənədli filimə baxılıb.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Vətən müharibəsi şəhidinin atası Elxan Bayramov, Rayon ağsaqqalı Musa Əziz və şair, yazıçı, pedaqoq Elşən Əzim Kəlbəcər rayonunun işğaldan əvvəlki, işğal dönəmindən, işğaldan sonrakı dövrü və hal-hazır ki, vəziyyətini geniş şəkildə təhlil edərək bildiriblər ki, kəlbəcərlilər hər zaman Ali Baş Komandanın qətiyyətinə və iradəsinə inanaraq, heç bir zaman Kəlbəcər rayonuna qayıdacaqlarına şübhə etməyiblər.Və şükürlər olsun ki, artıq Müzəffər sərkərdənin dəmir yumruğunun nəticəsi olaraq biz doğma Kəlbəcərimizə eləcədə digər işğal altında olmuş torpaqlarımıza qayıtmışıq.Buna görədə hər bir kəlbəcərli, eyni zamanda keçmiş məcburi köçkünlər ömürləri boyu prezident cənab İlham Əliyevə və şəhidlərimizə minnətdar olacaqdır. Rayon sakinləri bundan sonrada bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini,Kəlbəcərin yenidən qurulmasında var gücləri ilə dövlətimizin yanında olacaqlarını bildiriblər.
Dalidag.az





























Kateqoriya: Kəlbəcər
Tarix: 01-04-2023 16:22
Baxış sayı: 3312Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























