YAP Kəlbəcər rayon təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı tədbir keçirdi

31-03-2023 18:57

YAP Kəlbəcər rayon təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı tədbir keçirdi. 
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov XX əsrin əvvəllərindən indiyə qədər ermənilərin planlı və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanlı müsəlmanlarına qarşı soyqırımın tarixi ardıcıllığını diqqətlə təsvir etdikdə məlum olur ki, xalqımıza qarşı törədilmiş soyqırımlar nəticəsində 2 milyondan çox soydaşımız məhv edilmiş və ölkəmiz maddi və mənəvi itkilərə məruz qalmışdır. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Dünyanın ali qurumları ədalətsizliyə sussa da, Azərbaycan öz haqqını döyüş meydanında aldı. Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların da qısasını aldı.
Kəlbəcər rayon Vətən müharibəsi qəhrəmanı Anar Əliyev adına 2 nömrəli məktəbin direktoru Vidadi Xudaquliyev çıxış edərək bildirdi ki, XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmağa başlayan ermənilərin uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı paralel olaraq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasını qoyub. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən, ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarayda vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir.

Nigar Nəriman
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 31-03-2023 18:57
Baxış sayı: 3199
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını