Reklam
Azər Qocayev Gəncədə məskunlaşan kəlbəcərlilərlə görüşüb - Şəkillər
21-02-2023 16:39
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Gəncə şəhəri ADAU-6-nın yataqxanasında, həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir.
Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polkovnik Haxverdi Əkbərov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 21-02-2023 16:39
Baxış sayı: 3409
Yazı axını
02 / 05 / 2024
02 / 05 / 2024
01 / 05 / 2024
01 / 05 / 2024
29 / 04 / 2024
29 / 04 / 2024
28 / 04 / 2024
28 / 04 / 2024
27 / 04 / 2024
27 / 04 / 2024
27 / 04 / 2024
26 / 04 / 2024
26 / 04 / 2024
25 / 04 / 2024
20 / 04 / 2024
20 / 04 / 2024
Ən çox oxunanlar