Reklam

Elxan Salahovdan QHT-lərə çağırış: “Başlıbel faciəsinin xaricdə tanıdılması ilə bağlı tədbirlərə təmənnasız dəstək verməyə hazıram” -ŞƏKİLLƏR
17-02-2023 19:40

Araşdırmaçı jurnalist, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov aprel ayında 30-cu ildönümü tamam olacaq kütləvi qətliamın xaricdə tanıdılması ilə bağlı vətəndaş cəmiyyəti institutlarına müraciət edib.
Dalidag.az xəbər verir ki, Elxan Salahov şəxsi “Facebook” səhifəsində bu barədə yazıb: “Başlıbel faciəsinin beynəlxalq aləmdə tanıdılması üçün unikal imkan yaranıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün elan etdiyi kiçik qrantlar müsabiqəsinin mövzulardan biri "Başlıbel faciəsinin 30-cu ildönümü bağlı ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) tədbirlərin təşkili" barədədir. Ermənistanın müharibə cinayətlərinin bariz nümunəsi olan bu faciə ilə əlimizdə kifayət qədər məlumatlar var. Xarici ölkələrdə bu cür tədbirlər təşkil etmək təcrübəsi olan QHT rəhbərlərindən xahiş edirəm ki, bu mövzunu mümkün qədər diqqətdə saxlasınlar.

Dalidag.az





Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
