Reklam
Azər Qocayev qazi Samir Əlizadəni ziyarət edib
15-02-2023 14:31
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Tərtər rayonun Suqovuşan istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almış, Aprel döyüşlərinin qazisi 2-ci qrup əlil Əlizadə Samir Buruz oğlunu ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Tərtər rayonun Suqovuşan istiqamətində 24 noyabr 2022-ci il tarixdə minaya düşərək ağır bədən xəsarətləri almış, Aprel döyüşlərinin qazisi Əlizadə Samir Buruz oğlunu ziyarət edib. Görüşdə rayon rəhbəri qazinin ailə-məişət problemləri ilə maraqlanıb, qazinin müraciəti dinlənilərək aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı bildirildi.Eyni zamanda görüşdə Şanlı Zəfərimizdən söz açılmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edilmişdir.Vurğulanmışdır ki, hər zaman şəhid ailələri, qazilər daima Dövlət başçısının, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Qazi, 2-ci qrup əlil Əlizadə Samir Buruz oğlu Müzəffər Ali Baş Komandan,Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Əlazadə Samir Buruz oğlu Kəlbəcər rayon Ağdaban kənd sakinidir.O, 2016-ci ildə Aprel döyüşlərinin iştirakçısı olub.Xidməti vəzifəsini yerinə yetrərkən Füzuli istiqamətlərində gedən döyüşdə qəlpə yarası alaraq yaralanıb. 24 noyabr 2022-ci il tarixdə isə Tərtər rayonun Suqovuşan istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almışdır.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 15-02-2023 14:31
Baxış sayı: 3400Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























