Reklam
Kəlbəcər sakinləri ilə görüş keçirilib - Şəkillər
14-02-2023 19:30
Kəlbəcər rayon sakinləri ilə görüş keçirilib.Dalidag.az-ın xəbərinə görə, görüşdə Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, İqtisadiyyat Nazirliyinin əməkdaşı Saxvət Əliyev və rayon sakinləri iştirak edib.
Milli Məclisin deputatı Aqil Məmmədov və YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkə ərazisində " Heydər Əliyev" ili elan edilməsi, dövlət başçısının tapşırığına əsasən həyata keçirilən Böyük Qayıdış Planından, habelə Xankəndi Laçın yolunda davam edən aksiyadan ətraflı söhbət aparmışlar. Qardaş ölkə Türkiyədə baş verən zəlzələ barədə ətraflı məlumat verən millət vəkili Aqil Məmmədov hər zaman Türkiyə dövlətinin və xalqının yanında olduğumuzu, dövlət başçısının tapşırığı ilə qardaşlarımıza hərtərəfli dəstək göstərildiyini, eyni zamanda xalqımız tərəfindən qardaş dövlət üçün humanitar yardım aksiyalarının başlanılmasını vurğulamışdır. Natiqlər bu aksiyalarda hər birimizin fəallıq göstərməsinin vacib olduğunu vurğulayaraq faciə qurbanlarına Uca Allahdan rəhmət, yarılara şəfa diləyiblər.
Dalidag.az









Kateqoriya: Kəlbəcər
Tarix: 14-02-2023 19:30
Baxış sayı: 3304Yazı axını
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
Ən çox oxunanlar





























