Ucalığa gedən yolunuz açıq olsun! - Vəliyəddin İsmayılovun 80 illiyinə

10-02-2023 19:40
Vəliyəddin İsmayılov

Kəlbəcəri əsasən saz-söz sənətinin oylağı kimi tanıyanlar bu yurda nabələd adamlardı.Təkcə söz adamları, el sənətkarları yetişdirməyib bu ulu yurd. İstənilən sahədə tanınmış, nüfuzlu, işinin bilicisi imzalar var ki, nəinki Kəlbəcər, bütün Azərbaycan onun əməyinin, işinin şahididir və bu zəhmətdən yararlanır. Onlarca nümunə gətirmək olar.
İctimai fəallığı, əməksevərliyi, bacarığı və liderlik xüsusiyyəti ilə dağların vüqarını şəxsiyyətinə yansıdan kəlbəcərlilərdən biri də geniş və çoxşaxəli əmək fəaliyyəti olan Vəliyəddin İsmayılovdur. Bu gün Kəlbəcərin sevimlisi, çalışdığı hər yerdə doğulduğu torpağın adını ucaldan, şəxsiyyəti, xarakteri 
bütün titullardan üstün olan dəyərli ziyalımızın doğum günüdür. Ömrünü xalqa, ölkənin inkişafına, cəmiyyətin düzgün formalaşmasına sərf edən Vilayət müəllim 80 illik yubiley mərtəbəsinə qədəm qoyur. V.İsmayılov təkcə ictimai-siyasi fəallığı, mədəni-quruculuq sahəsində çalışqanlığı, müxtəlif vəzifələrdə əmək sərf edərək mənsəb sahibi olması ilə deyil, həmçinin sözə, sənətə bağlılığı ilə də el-obasının, sözsevərlərin könlündə özünə yer edib. 
Dalidag.az olaraq, dəyərli ziyalı, söz sevdalısı, hörmətli el ağsaqqalı Vəliyəddin İsmayılovu 80 illik yubileyi münasibəti ilə təbrik edirik. Ömrünü sağlam və sevinc içində keçirməsini diləyir, Kəlbəcərdə fəalliyətini davam etdirməsini arzulaylrıq. El adamı, el ağsaqqalı tituluna yiyələnmək ucalıq yolunda qazancdır. Qazancınız bol, ucalığa gedən yolunuz açıq olsun, Vəliyəddin müəllim!

Qeyd edək ki, Vəliyəddin Misir oğlu  İsmayılov 1943-cü ildə Kəlbəcər rayonunun Moz Qaraçanlı kəndində anadan olub, 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1972-ci ildə Zafqaziya Komsomol Məktəbini, 1976-cı ildə isə Bakı Ali Partiya Məktəbini bitirib.
İctimai-siyasi fəaliyyəti ilə də cəmiyyətdə müəyyən mövqe tutan V.İsmayılov 1967-68-ci illərdə Kəlbəcər Rayon Komsomol Komitəsinin təşkilat şöbə müdiri, 1968-73-cü illərdə Kəlbəcər Rayon Komsomol Komitəsinin birinci katibi, rayon partiya komitəsinin təlimatçısı, dörd il Kəlbəcər RPK-nın təşkilat şöbə müdiri, 1980-83-cü illərdə Kəlbəcər Rayon Xalq Nəzarəti Komitəsinin sədri, həmin tarixdən 1989-cu ilədək rayon aqrar-sənaye birliyinin rəisi, 1989-96-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi, Ət-Süd Sənaye Nazirliyində şöbə müdiri, baş mütəxəssis vəzifələrində çalışıb. 1996-cı ildən bugünədək “Azərsu” Səhmdar Cəmiyyətində çalışıb.


Sevinc Qərib
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 10-02-2023 19:40
Baxış sayı: 3335
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını