Reklam

Aqil Məmmədov: “Kəlbəcərdəki mina partlayışları Ermənistanın terrorçu siyasətini göstərir”
15-12-2022 11:35
“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minaların partlaması nəticəsində həyatını itirən və yaralan Azərbaycan vətəndaşları, hərbçilərimiz var. Münaqişənin dayandırılması ilə bağlı məlum üçtərəfli bəyanatdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın mina terroru davam edir".
Dalidag.az bildirir ki, Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar aşkarlanır:."Ermənistan üzbəüz döyüşlərdə heç bir nəticə əldə edə bilmir, əksinə daha çox canlı qüvvə, daha çox hərbi texnika, daha çox mövqelər itirir. Buna görə də, mina terroru ilə məşğuldur. Gizli şəkildə Azərbaycanın hüdudları daxilində minalar basdıraraq belə facilərə, insan itkilərinə səbəb olur".

Hazırda, Laçın yolunda ermənilərin törətdiyi ekoloji terrora qarşı keçrilən aksiya haqqında danışan A.Məmmədov bildirib ki, bu aksiyanın məqsədi Ermənistanın təkcə insanlığa deyil, təbiətə, ekologiyaya, təbii sərvətlərə qarşı fəaliyyətinə etiraz etməkdir: “Təəssüf ki, Rusiya sülhməramlı kontnigentinin məsuliyyət daşıdığı bölgədə Azərbaycanın təbii sərvətlərinə qarşı vəhşicəsinə qarşı talama həyata keçirilir. Bu da terrorun bir növüdür. Təbiətə qarşı terrordur”.
Millət vəkilinin sözlərinə görə bu gün guya Qarabağda yaşayan ermənilərin humanitar problemlərlə üzləşdiyini hayqıran bəzi beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi mina terroruna susqun yanaşırlar: “Biz beynəlxalq təşkilatlardan və dövlətlərdən ədalətli münasibət gösləyirik. Azərbaycan dövləti Xankəndində yaşayan erməniləri öz vətəndaşları sayır və onların hər cür humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu, Laçın yolunun da humanitar məssədlər üçün açıq olduğunu bəyan edib”.
Dalidag.az



Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar
01-08-2025 13:57
