Reklam
Asim Abbasov "Milli səs" musiqi yarışmasında Kəlbəcəri təmsil edir
07-12-2022 16:39

Kəlbəcər işğal olunanda Asimin cəmi bir yaşı vardı. İndi Kəlbəcər azaddı, yenidən dirçəlir. Bizlər isə böyük arzularla, sonsuz ümidlərlə Kəlbəcərə, doğma yurdumuza qayıtmağa köklənmişik!
"Space" TV-nin təşkil etdiyi "Milli səs" musiqi yarışmasında 500 iddiaçı arasından seçilərək SMS-lə səsvermə mərhələsinə yüksəlmiş Asim Abbasov xalq musiqisi və milli estradanın təbliğində öz səsimiz ola bilər. O, həm də yarışmada Kəlbəcəri təmsil edən yeganə iştirakçıdır. Doğma yurdlarımıza qayıdışdan sonra Asim bizlərə çox lazım olacaq. Ən azından 28 ilə yaxın davam edən işğal dövründə xalq musiqisi sahəsində itirdiklərimizin yerini qismən də olsa, doldurmaq üçün. Əminəm ki, Asim bu sahədə Kəlbəcərin layiqli təmsilçisi olmağa qadirdir! Onun yeganə gücü Tanrının bəxş etdiyi istedad və qabiliyyətidir. Biz də dəstək olaq ki, Asimi "Milli səs" yarışmasının qalibinə və Kəlbəcərimizin layiqli təmsilçisinə çevirə bilək!
Asim Məhəmməd oğlu Abbasov Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.
"Milli səs" yarışmasına məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Bərdə rayonundan qatılıb. Ən böyük arzusu abad və firəvan Başlıbeldə "Qarabağ şikəstəsi" oxumaq, toy məclislərimizdə xanəndəlik etməkdir. Allah arzulara qovuşdursun, Asim! Sənin bu arzuların Başlıbel toylarının bəzəyi Aşıq İmran əminin ruhunu da şad edər, İnşallah! Binyamin və Natiq Cəfərovların layiqli davamçısı kimi elimizə-obamıza hörmət qazandıracağına da inanıram!
Elxan Salahov
Kateqoriya: Kəlbəcər
Tarix: 07-12-2022 16:39
Baxış sayı: 3595Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























