Reklam
Azad Kəlbəcərdə qurbanlar kəsilir
25-11-2022 21:31
2020-ci il noyabrın 25-i xalqımızın yaddaşına sevinclə yazılan tarixi gündür.Möhtəşəm Zəfəri, qələbə sevincini xalqımıza yaşadan Müzəffər ordumuzun şəxsi heyətinin, xüsusilə də şəhidlərimizin, qazilərimizin və bütün müharibə iştirakçılarımızın igidliyi, qorxmazlığı, qəhrəmanlığı sayəsində azad edilən Kəlbəcərimiz artıq iki ildir ki,azad nəfəs alır. Əlbəttə illər ötəcək, hər il 25 noyabrı kəlbəcərlilər ,eləcə də bütün xalqımız qürurla, iftixarla qələbə tarixi kimi qeyd ediləcəkdir. Kəlbəcər rayonu təkcə kəlbəcərlilərin yox,eləcə də respublikamızın bütün əhalisinin sevimli diyarıdır. Təsadüfi deyil ki, 70 illik sovetlər dövründə Azərbaycanın 23 rayonundan kolxoz və sovxozların heyvandarlıq təsərrüfatları Kəlbəcər yaylaqlarında bəslənilirdi. Bir neçə il bundan qabaq Goranboyun Buzluq kəndində tanış olduğum Bərdə rayonunun Hacallı kənd sakini Yusif İmanov uşaqlıq və gənclik illərini Kəlbəcər yaylaqlarında keçirdiyini bildirəndə,Kəlbəcər haqqında danışanda, Başlıbelin yaylaqları haqqında,eləcə də başlıbellilər haqqında dəqiq məlumat verəndə,Kəlbəcər haqqında danışarkən göz yaşlarını saxlaya bilməyəndə məni yaman təəccübləndirmişdi. Bu gün Yusif kişinin və onun övladlarının Kəlbəcərə olan sevgisi bir daha özünü əyani şəkildə göstərdi. Yusif kişinin oğlu Firdovsi İmanov uzun illərdən bəri Kəlbəcərin azadlığı üçün dediyi qurbanlıq cöngəni Kəlbəcərin azadlığının ikinci ildönümü günündə Kəlbəcərdəki "N" saylı hərbi hissədə kəsərək hərbi hissənin rəhbərliyinin yaxından köməkliyi ilə rayon ərazısindəki bölmələrdə xidmət edən əsgərlərimizə çatdırılmışdır. Hərbi hissənin rəhbərliyi Firdovsi İmanova təşəkkürünü bildirmişdir. Allah kəsilən bütün qurbanları qəbul eləsin ! Arzumuz budur ki, Yusif kişi öz övladları ilə goğma Kəlbəcərimizdə doyunca gəzsin!
Oqtay SALAHLI






Kateqoriya: Kəlbəcər
Tarix: 25-11-2022 21:31
Baxış sayı: 3503Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















