Reklam
Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib
25-11-2022 18:45
Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatınn sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin kollektivi, Rayon idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir RİH-in akt zalında davam etdirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxışlara başlanılıb.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, 25 noyabr xalqımızın taleyində əlamətdar günlərdən biridir. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti və qətiyyəti nəticəsində, çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də işğaldan azad edilib. H.Misirov Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını söyləyib. Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsi ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda da bu qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.
Daha sonra çıxış edən şəhid qardaşı və Vətən Müharibəsi qazisi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan, qazanılan şanlı Zəfərdən danışıblar. Eyni zamanda şəhid ailələrinə və qazilərə göstərilən dövlətin diqqət və qayğısına görə Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Çıxış edən Sukanal idarəsinin rəisi Şaban Qurbanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunda da həyata keçirilən bərpa-quruculuq işlərindən söhbət açıb. Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri Kəlbəcərin gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaratdığını bildirib.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tədbir iştirakçılarına bu günün mahiyyəti ilə bağlı ətraflı məlumat verərək bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu. Tarixi gün münasibəti ilə Prezident İlham Əliyev noyabrın 25-də xalqa müraciətində Kəlbəcər rayonunun tamamilə işğaldan azad olunduğunu elan etdi və xalqımıza bu Qələbə münasibəti ilə təbriklərini çatdırdı. RİH başçısı Onu da qeyd edib ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcərin işğalı nəticəsində onminlərlə soydaşımız məcburi köçkünə çevrilmişdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər rayonu işğaldan azad edilmişdir. İcra başçısı İşğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə aparılan quruculuq işlərindən danışıb, dövlətimizin başçısı tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın (2022-2026-cı illər) əhəmiyyətini vurğulayıb.
Kateqoriya: Kəlbəcər
Tarix: 25-11-2022 18:45
Baxış sayı: 3282
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02