Reklam

Kəlbəcərli şəhid Samir Bayramovun anım mərasimi keçirilib - Şəkillər
15-08-2022 17:43

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi olan Bayramov Samir Elxan oğlunun doğum günü ilə bağlı Göygöl Rayon Şəhidlər Xiyabanındakı məzarı başında anım mərasimi keçirilib.
Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
Mərasimdə Şəhidin ailə üzvləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hər iki rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcədə idarə, müəssisə rəhbərləri, qazilər, şəhid ailələri, şəhid yaxınları, və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Samir Bayramovun keçdiyi şərəfli döyüş və ömür yolundan söz açılıb, şəhidlərimizin qəhrəmanlığından bəhs edilib. Bildirilib ki , şəhidlərimizin qisası layiqincə alınıb.


Şəhidimizin doğum günündə Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin və Göygöl şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri, şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Bayramov Samir Elxan oğlu 1996-cı il avqustun 15-də Kəlbəcər rayon Qılınclı kəndində anadan olub. Samir Bayramov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonar dekabrın 2–də nəşi tapılıb. Dekabrın 3-də Göygöl rayon Şəhidlər xiyabında dəfn olunub. Şəhid Bayramov Samir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
Dalidag.az

























Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57
