Reklam
Kəlbəcərli şair Əlqəmənin anım günüdü
14-08-2022 09:29
Bu gün şair Əlqəmə Məmmədovun anım günüdür. Allah rəhmət eləsin! Ruhu şad olsun!
Biz gözümüzü açanda Əlqəmə tanınmış şair idi. Kəlbəcərdə çox məclislərdə onun şerini oxuyardılar. Mən o vaxtlar elə düşünürdüm ki, Əlqəmə Xalq şairidir. Hələ onun "Kürdəm" şeri məclislərin mən deyərdim ki "Bərdaşı" idi. O zamandan da bir çox şeirləri əzbərimdə qalmaqdadır. Bəzi şeirlərindən mənalı beytlərini də çox yerdə dostlara demişəm:
Mən bəxtikəmin işləri müşküldü, düzəlməz..
Sən bəxtəvərin telini hər şanə düzəldər...
Əlqəmə Məmmədov
Birinci Qarabağ savaşında Ağdaban faciəsində şairin gözləri nələri görmədi ki?!. Oğlu şəhid oldu. Amma bir dəfə də olsun "şəhid atası" olduğunu dilinə gətirmədi. Bu onun qürurlu olduğundan irəli gəlirdi. Ruhu şad olsun. Sonra qaçqınçılıq onu bütünlüklə büdrətdi. Elə şerində həmişə sızıldayırdı ki:
Birimiz min hektar torpaq vermişik...
Minimiz bir hektar ala bilmirik...
Əlqəmə Məmmədov
Şükür ki, o yurdlarımızı qəhrəman ordumuz geri qaytardı.
Rəhmətlik həmişə də miskin geyinərdi. Amma bilmirdilər ki, bu miskinlikdə, ruhun dərinliyində hansı vulkan yatır. Rahat uyu şair. Özün qələbəmizi eşitdin.
Hələ o zamandan yaddaşımda Əlqəmə Məmmədovun çox şeirləri, ustadnamələri qalır. Bir cığalı təcnisi bütünlüklə yaddaşımda qalıb. Bəlkə də 50 ildir. Allah rəhmət eləsin. Ruhu şad olsun. Doğmalarına Allahdan səbr diləyirəm. Onu bir çox şeirləri yaşadacaqdır. Həmin cığalı təcnisini olduğu kimi sizlərə təqdim edirəm...
CIĞALI TƏCNİS...
Ay məni bəlaya tuş edən zalım..
Həsrətindən canım ay əsir..əsir..
Aşıq deyər ayə sirr...
Qəlbimdə var ayə, sirr..
Ayrılıq qorxusundan
Cavan canım ayy.. əsir..
Xəyalını dərdqananla dolandır..
Dilbilməzə vermə ayə sirr..ə sirr...
Çox qəlbidaş xilqət gördüm baxtımı...
Çox yalvardım, bir üzümə baxdımı?!
Aşıq deyər baxtımı..
Haraylaram baxtımı..
Özüm atdım dəryaya..
Axtarıram baxtımı..
Məhəbbətdə zalım gördüm baxtımı..
Hər gün məni dardan ay asır..asır.....
Cismim yanır, yetən kimdi haraya...
Atdın məni, üz tutmusan haraya?!
Aşıq deyər haraya..
Kimsə yetmir haraya..
Hər günə hicran düşür..
Sevinc düşmür hər aya..
Zalım qızı.. vədə verdin hər aya...
Az qalıb düzələ ay əsr..əsr..
Əlqəmənin günün sənsiz qara san...
Mən divanə, sən də bəxti qarasan...
Aşıq deyər qarasan...
Qışda yağar qar asan..
Qəlbim kimi gözəlsən..
Bəxtim kimi qarasan...
Könlüm üçün gözəllərdən gözəlsən...
Ətirin sinəmə ay əsir...əsir...
Yusif Hüseyn,
şair-tədqiqatçı
14.08.2021
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 14-08-2022 09:29
Baxış sayı: 3595
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23