Dalidag.az-ın məlumatına görə, hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.
Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib. Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir.
V.İsbəndiyarovun hazırda cərrahi əməliyyatda olduğu qeyd edilib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi açılıb.
Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə xəbərləri təkzib edib. Bildirilib ki, Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır.