Reklam
Şəhid Arif Əliyevin doğum günündə ailəsi ziyarət olundu - Şəkillər
26-07-2022 20:58
Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev xidməti vəzifəsini yerinə yetirərkən Kəlbəcər rayonunda şəhid olan Əliyev Arif Ağalar oğlunun doğum günündə ailəsini ziyarət edib.Dalidag.az xəbər verir ki, şəhidin ad günü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, şəhidin iş yoldaşları və ailə üzvləri iştirak edib. Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev işğaldan azad olunan Kəlbəcər rayonunda vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində şəhid olmuş Əliyev Arif Ağalar oğlunun ailəsi ilə görüşdə qeyd edib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Əliyev Arif Ağalar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dalidag.az











Kateqoriya: Kəlbəcər
Tarix: 26-07-2022 20:58
Baxış sayı: 4433Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















