Reklam

Kəlbəcər rayon İcra Hakimiyyətində “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd olunub - ŞƏKİLLƏR
23-06-2022 20:30

Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatınn sədri Həbib Misirov, Rayon İcra Hakimiyyətinin kollektivi və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra pandemiya qaydalarına əməl etməklə, tədbir RİH-in akt zalında davam edib.

Daha sonra çıxışlara başlanılıb.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.

Çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Dini qurumlara işin təşkilatçısı Heydər Bəylərov dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu işlərin bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Cənab Prezident tərəfindən dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd etdi.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tədbir iştirakçılarına bu günün mahiyyəti ilə bağlı ətraflı məlumat verərək bildirib ki, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Ölkə rəhbəri cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki,Respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.


Daha sonra RİH başçısı Azər Qocayev tərəfindən “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusu “Fəxri Fərman” ilə təltif edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov da öz növbəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşlarını diqqətdən kənarda qoymayaraq , xidmətdə fərqlənən əçəkdaşları YAP Kəlbəcər rayon təşkilatının “Fəxri Fərman”I ilə təltif edib.
Dalidag.az

















































Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar