Azərbaycanda fəaliyyət göstərən xarici ölkə diplomatları bu gün Kəlbəcərə səfər edib. Səfərdə 80-dən çox diplomat və hərbi attaşe iştirak edib.
Dalidag.az-ın məlumatına görə, səfər çərçivəsində diplomatik korpus nümayəndələri “Kəlbəcər-1” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyasını ziyarət ediblər.
Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcərdə törətdiyi vəhşiliklərlə və cinayət izləri ilə tanış etməkdir.
Xarici diplomatlar Kəlbəcərə səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı ilk dəfə Kəlbəcərdə olduğunu deyib:
“Bu gün ilk dəfədir ki, Kəlbəcərdəyəm. Bu şəraiti yaratdığına görə, cənab Prezidentə, xarici işlər nazirinə dərin minnətdarlığımı bildirirəm. Azad Kəlbəcərdə olmaq bizim üçün olduqca əlamətdar bir haldır. İnanıram ki, çox yaxın zamanda buranın əhalisi öz doğma torpaqlarına dönəcək.
Bir daha Murovdağın zirvəsindən bu qələbəni qazanan şəhidlərimizin ruhunu yad edir, şəhid ailələrinə, qazilərimizə salamlarımı və minnətdarlığımı göndərirəm”.
İsrail səfiri Corc Dik azad olunmuş ərazilərdə mükəmməl işlərin görüldüyünü söyləyib:
“İki il öncə kimsə Kəlbəcərdə çay içəcəyimi söyləsəydi, buna inanmazdım. Qısa zaman ərzində enerji infrastrukturlarının inşa və bərpa edilməsi, Murovdağ silsiləsinin altından keçən tunelin tikinti işlərinin aparılması, ümumiyyətlə, buraya qoyulan investisiyalar Kəlbəcərin gözəlləşdirilməsi üçün görülən işlərdir. Ölkələrimiz arasında, xüsusilə günəş və külək enerjisi sahələrində işlər görülə bilər.
Regionda, həmçinin su ehtiyatları sahəsində əməkdaşlığımızı davam etdirə bilərik. Ötən ay İsrail və Azərbaycan arasında bu regionda su ehtiyatlarının strateji planının hazırlanması ilə bağlı anlaşma imzalanıb. Kəlbəcər su ehtiyatları ilə zəngindir və düşünürəm ki, bu ərazilər ölkələrimiz arasında işlərin görülməsi üçün çox gözəl ərazilərdir".
Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim Kəlbəcərə səfərin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib:
“Gözəl təbiətə malik Kəlbəcər rayonu turistik gələcək vəd edir. Azərbaycanın bu əraziləri gələcəkdə çox böyük turizm mərkəzi olacaq. Həmçinin xırdabuynuzlu heyvanları, inəkləri gördüm. Bu isə o deməkdir ki, artıq insanlar buradadır, onlar bu torpaqlardan istifadə edir.
Eyni zamanda, infrastrukturu, çəkilən yolları, elektrik xətlərini qeyd edə bilərəm. Çox təsirlidir ki, bu infrastruktur qısa zamanda tikilib. Biz həm də tunellə tanış olduq. Düşünürəm ki, tunel çox vacibdir. Bu tunel Kəlbəcəri Azərbaycanın digər hissələrinə bağlayır”.
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee də digər həmkarları kimi Kəlbəcərin gözəlliyinə heyran qalıb:
“Kəlbəcərin gözəlliyini görə bilirəm. Uca dağlar, yaşıllıqlar, buranın çox böyük potensialı var və bu yalnız turizmlə bağlı deyil, həm də Kəlbəcər təbii resurslarla zəngindir. Mən arzu edirəm ki, azərbaycanlı sakinlər azad olunan torpaqlara tezliklə geri qayıtsın, öz evlərinə geri dönsünlər. Ümid edirəm ki, tezliklə bu torpaqlarda infrastruktur inkişaf edəcək və bura dünyanın müxtəlif yerlərindən, o cümlədən Pakistandan turistləri cəlb edəcək”./modern.az
Reklam
“Kəlbəcərdə çay içəcəyimə inanmazdım” - Səfirlərin səfər TƏƏSSÜRATLARI
31-05-2022 20:33
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 31-05-2022 20:33
Baxış sayı: 4407
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23