Reklam

"Kəlbəcər şəhidlərinin əziz xatirəsinə" bulaq kompleksinin açılışı olub - ŞƏKİLLƏR
21-04-2022 19:13

Dalidag.az xəbər verir ki, açılış tədbirində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, doğmaları, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.
Tədbirdə ilk öncə vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olan vətən övladlarının şəkillərindən ibarət fotostendlərə baxış keçirilib, Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bulağın açılış mərasimində çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib. RİH başçısı vurğulayıb ki, şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsi heç bir zaman unudulmayacaq.

Bulaq kompleksinin açılış tədbirində YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək Vətən müharibəsinin bütün dünyaya səs saldığını qeyd edib. Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğunu söyləyib. H.Misirov şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açaraq bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz və xalqımız tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

Şəhid ailələləri bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə şəhid ailələri adından təşəkkürlərini bildiriblər.
Xatirə bulağının açılışında Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin musiqi kollektivinin və məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər , musiqilər səsləndirilib.
Sonda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları yaradılan şəraitə görə Anar Əliyev adına Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbin direktoru Aqil Muxtarova və məktəbin kollektivinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Dalidag.az





































Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
