Reklam
"Allah bizi Başlıbelsiz qoymasın!" - Hüseyn Şahbəndəyev
17-04-2022 10:53

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü il aprel ayının 18-də ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların - Başlıbel faciəsi qurbanlarının anım günüdür.
Allahdan bütün şəhidlərə rəhmət diləyirəm! Şükürlər olsun, artıq doğmalarımız Başlıbeli ziyarət edə bilirlər.
Qəhrəman Ordumuza, müzəffər Ali Baş Komandanımıza daha böyük zəfərlər arzu edirəm!
Bu şeiri 2013-cü il aprelin 16-da paylaşmışdım. Allah bizi Başlıbelsiz qoymasın!
Baslıbel bir dunyaydı, talan oldu dağıldı,
Sordərədə dərdiyim güllər yadımdan cıxmır.
Atam-anam, əqrəbam, səhid dayım Qənaət
Əsir- yesir camaat, ellər yadımdan cıxmır.
Qəlbimin əsim-əsim əsən titrək telləri
Usaqlığın, gəncliyin orda kecən illəri,
Dəli bir sevda ilə dolandıgım elləri
Hec unutmaq olarmı, dəmlər yadımdan çıxmır.
Güzdəklidə itirdim əmimgilin dəhrəsin,
Su yolu eləmisdik Sordərənin dərəsin.
Nadincliklə cırnadib usaqların hərəsin
Küsdürərək güldüyüm günlər yadımdan cıxmır.
Qurbangilin alması qol sınamaq yeriydi,
Almaları daslamaq xobbimizin biriydi,
Heç yoruldum deməzdik, bilmirəm nə sirriydi,
Bir qıza göndərdiyim sözlər yadımdan cıxmır.
Xatirələr nə qədər, hansını sayım deyim,
Məcnuntək sevdalıydım, sizdən necə gizləyim?
Esq yolunda bir dəli sayılırdı Hüseyn
O ilahi baxıslar, gözlər yadımdan cıxmır...
Sağlamlıq əl versəydi, bu gün mən də Başlıbeldə olardım...Şükür Allahın verdiyinə!

Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 17-04-2022 10:53
Baxış sayı: 2534Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























