Reklam

Kəlbəcərin işğalı günü qeyd edildi - Şəkillər
02-04-2022 17:03

Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.Əvvəlcə Göygöl rayon şəhidlər xiyabanı, Murovdağ şəhidlər xiyabanı,Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunub. Daha sonra Mədəniyyət sarayında fotostendlərə və əl işlərindən ibarət sərgiyə baxış keçirlimiş və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Kəlbəcər rayonun tarixi keçmişini və bu gününü əhatə edən videorolik nümayiş edirilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov Kəlbəcər rayonunun işğaldan əvvəlki,işğal dönəmindən, işğaldan sonrakı dövrü və hal-hazır ki, vəziyyətini geniş şəkildə təhlil edərək bildirib ki, kəlbəcərlilər hər zaman Ali Baş Komandanın qətiyyətinə və iradəsinə inanaraq, heç bir zaman Kəlbəcər rayonuna qayıdacaqlarına şübhə etməyiblər.Və şükürlər olsun ki, artıq Müzəffər sərkərdənin dəmir yumruğunun nəticəsi olaraq biz doğma Kəlbəcərimizə eləcədə digər işğal altında olmuş torpaqlarımıza qayıtmışıq.Buna görədə hər bir kəlbəcərli, eyni zamanda keçmiş məcburi köçkünlər ömürləri boyu prezident cənab İlham Əliyevə və şəhidlərimizə minnətdar olacaqdır.

Dalidag.az




















































Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57
