Reklam
Şəhid Ülfət Kərimovun anım günü keçirildi - ŞƏKİLLƏR
27-03-2022 21:12
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 Mart 2022-ci il tarixində I Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli kəşfiyyatçı şəhid Ülfət Kərimovun anım günü keçirildi.Dalidag.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək, şəhid əfsanəvi kəşfiyyatçı Ulfət Kərimovun keçdiyi döyüş yolundan və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi.
Tədbirdə Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri, gənclər və şəhidin ailə üzvləri iştirak etdilər. Çıxış edənlərdən Əli Abdullayev, Elxan Salahov və digərləri qəhrəman kəşfiyyatçı şəhid Ülfət Kərimovun keçdiyi həyat yolundan və qəhrəmanlığından geniş danışıb, qəhrəman döyüşçüylə bağlı xatirələrini bölüşdülər.
Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Sonda şəhidin ailə üzvləri bildirdilər ki, bu günə şükürlər olsun ki, qəhrəman oğullarımız şəhidlərimizin qisasını aldılar.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!
Dalidag.az













Kateqoriya: Kəlbəcər
Tarix: 27-03-2022 21:12
Baxış sayı: 3533Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























