Reklam
Azər Qocayev Sumqayıtda kəlbəcərli sakinlərlə görüşüb - ŞƏKİLLƏR
26-03-2022 19:19

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Sumqayıt şəhəri, 12-ci mikrorayon, Qubadlı rayon Çaytumas kənd tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan kəlbəcərli sakinlərlə səyyar-görüş keçirmişdir.
Dalidag.az xəbər verir ki, qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.
Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, Bakı şəhərində yaşayan RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, həmçinin Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırılmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, həlli məqsədi ilə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Dalidag.az






Kateqoriya: Kəlbəcər
Tarix: 26-03-2022 19:19
Baxış sayı: 3356Yazı axını
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
Ən çox oxunanlar


























