Reklam
Kəlbəcərli alim mükafatlandırıldı - ŞƏKİL
21-03-2022 19:30
22 yanvar 2020-ci ildə ADPU-nun doktoranturasına qəbul olmuş Kəlbəcərli alim Mirvari Verdiyeva Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.Dalidag.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrdə deyilir:
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.43-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 may 2021-ci il tarixli F-203 nömrəli Əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 3-cü bəndinə əsasən əmr edirəm: ADPU-nun 22.12.2021-ci il tarixli 03-02/849 nömrəli məktubuna əsasən ADPU-nun 100 illik yubileyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Universitetin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəsləfə doktoru Verdiyeva Mirvari İdris qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilsin".
Dalidag.az olaraq, Kəlbəcərimizin unudulmaz ziyalısı, şair İdris Verdiyevin yadigarı dəyərli Mirvari xanımı bu münasibətlə təbrik edir, fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Kateqoriya: Kəlbəcər
Tarix: 21-03-2022 19:30
Baxış sayı: 3845Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























