Reklam
Kəlbəcərli həkim-cərrah professor elmi adı aldı - Şəkil
04-02-2022 20:26
Əslən Kəlbəcərdən olan tanınmış həkim-cərrah Zərraf Şirinov ixtisası üzrə professor elmi adı alıb.Dalidag.az xəbər verir ki, bu barədə Z.Şirinov özü bildirib:
"Uzun illər gecə, gündüz çalışaraq apardığım elmi araşdırmaların nəticəsi olaraq, mənə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 28.01. 2022 tarixli qərarı ilə Tibb elmləri sahəsində Cərrahlıq ixtisası üzrə Professor elmi adı verilmişdir.
Başda Professor Famil Mustafayev olmaqla Ali Attestasiya Komissiyasının bütün əməkdaşlarına təşəkkür edirəm!
Azərbaycan Respublikasının elmi və praktiki cərrahiyyəsinə xidmət edirəm. Ömür vəfa edərsə sonuna qədər millətimə və dövlətimə vicdanla, döğru, dürüst və şərəflə xidmət edəcəyəm!"
Qeyd edək ki, Zərraf Təhməz oğlu Şirinov 5 sentyabr 1962-ci ildə Kəlbəcər rayonunda anadan olub. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda II müalicə-profilaktika fakültəsini bitirib. Akademik M.A. Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzində Qaraciyər, öd kisəsi və mədəaltı vəzin cərrahiyə şöbəsinin müdiri, Tibb elmləri doktorudur. Bir çox ölkələrdə- Türkiyə, Ukayna və Almaniyada ixtisasartırma kursları keçib.
Zərraf Şirinov həm də bədii yaradıcılıqla məşğul olur. Şeirlərini Təhməzoğlu təxəllüsü ilə təqdim edən şair "Vətəndə qəribçilik" və "Gorumuza sarı gedək” adlı iki şeir kitabının müəllifidir.
Dalidag.az olaraq, dəyərli ziyalımız Zərraf Şirinovu bu münasibətlə təbrik edir, daha böyük uğurlar arzulayırıq.

Kateqoriya: Kəlbəcər
Tarix: 04-02-2022 20:26
Baxış sayı: 21 826Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















