Reklam
Kəlbəcər Rayon İcra Hakimiyyəti şəhidləri yad etdi - Şəkillər
20-01-2022 19:58
Qanlı Yanvar hadisəsi ölkəmizin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da, dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur.
Dalidag.az-ın məlumatına görə, tədbirdə pandemiya şəraitinə uyğun olaraq sosial izolyasiya qaydalarına əməl etməklə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişdir. Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan Kəlbəcər şəhidlərin xatirəsinə ucaldılmış Kəlbəcər şəhidlərinin abidə kompleksi və Göygöl rayon Murovdağ qəsəbəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, abidə önünə əklil qoyularaq tər qərənfillər düzülmüşdür.
Çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd etmişdir ki, Qanlı Yanvar hadisələrindən 32 il keçməsinə baxmayaraq 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.20Yanvar faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev hüquqi qiymət vermiş və o zamankı çətin bir dönəmdə,öz həyatını riskə ataraq, qorxmadan, çəkinmədən hadisəni törədən və bu cinayyətdə əli olanları ifşa etmiş və cəzalandırılmasını tələb etmişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər zaman dövlətimizinin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsini uca tutmuş, hər il 20 Yanvar qurbanlarını ziyarət edərək öz hörmət və ehtiramını bildirmişdir.Bu gün hər bir şəhid ailəsi cənab İlham Əliyevin diqqət və qayığısını hiss etməkdədir.Şəhid ailələrinin mənzil, məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazimi addımlar atılır.RİH başçısı qeyd etmişdir ki, artıq bu gün şəhidlərimizin ruhu şaddır.Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə uğurlar qazanılmış, güclü ordu və xalq-iqtidar birliyi yaradılmışdır.Məhz bu birliyin sayəsində torpaqlarımız öz gücümüz hesabına düşmənlərdən azad edilmişdir.
Daha sonra şəhidlərimizin ruhuna dualar oxunmuş, Respublikanın hər yerində olduğu kimi, Kəlbəcər rayonunda da, saat 12:00-da xüsusi təyinatlı maşınlardan səs siqnalları səslənmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 20-01-2022 19:58
Baxış sayı: 3261
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23