Reklam
Kəlbəcərlilərin əzizi, doğması Fəhruz ana....
15-01-2022 16:12
KƏLBƏCƏR İCTİMAİYYƏTİNƏ DAHA BİR AĞIR İTKİ...
Bəli bir Anamız da doğma yurd-yuva deyə-deyə Haqq dünyasına qovuşdu... Bu hamımızın yaxşı tanıdığımız, Qılınclı kənd sakini Fəhruz Nəcəfova idi. Halal zəhməti ilə, insanlığı ilə, səmimiyyəti ilə bütün kəlbəcərlilərin əzizi və doğması idi Fəhruz Anamız 2022 ci il, yanvar ayının 10 da Tərtər rayonunda Haqq dünyasına qovuşdu. Kəlbəcərlilərimiz bir Ana da itirdi. Allah rəhmət eləsin! Ruhu şad olsun! Mən də çox yaxından tanıyırdım. Hətta ömür-gün yoldaşı Novruz əmi ilə və oğlu Oqtayla xoş münasibətlərimiz var idi. Halal əməyinə görə o zaman QAZ 24 markalı "VOLQA" maşını ilə mükafatlandırılmışdı.
Novruz əmi gözəl mexanizator idi. Ona görə də maşınına özü baxardı. Yalnız akkumlyatora su əlavə etmək üçün mənin servisimə gələrdi. Bildiyiniz kimi Kəlbəcərdə ilk avtomobil servisini də mən yaratmışdım.
Oğlu Oqtay o zaman milis şöbəsində işləyirdi. Yaxından dostluğumuz var idi. Sumqayıtdan bir hərbi komisarın müavini vardı.Təəssüflər olsun ki, adı yadımdan çıxıb. Demək olar ki, boş vaxtlarımızı birlikdə keçirərdik. Məlum Qarabağ hadisələri bizləri də biri-birimizdən ayırdı.
Ana itkisi olanda sanki, ürəyimdən bir damar da qırılıb sıradan çıxır. Amma nə yazıq ki, biz Allahın əmrinə tabeyik.
”Gələn qalmaz.. Gedən gəlməz dünyadı...
Bu ömür yoludu, gəldi-gedərdi.
Doğma da, uzaq da, yaxın da gedər...
Şöhrətə qul olmaq boşdu, hədərdi..
Axınla gələn də, axında gedər..İllərin ötəcək quş qanadında,
Çalış xoş əməllər qalsın adında..
Ruhumuz göylərin yeddi qatında,
Cismimiz torpağın canında gedər.Nə qədər ki, sağsan, canda odun var.
Həyat deyiyindən ağız dadın var,
Yaxşılıq eyləsən eldə adın var.
Etməsən adın da, sanın da gedər.Bəli yaxşılıqlar yadda qalır. Yaxşı əməllər insanları ucaldır. Yaxşı əməllər insanları yaşadır...
Fəhruz Anamız sıradan bir qadın deyildi. Onu tanıyanlar bunu yaxşı bilirlər. 1975- 1985 ci illərdə iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Dəfələrlə orden və medallarla təltif olunmuş bir əmək qəhrəmanı idi. O zaman iki dəfə də ikinci dərəcəli Şöhrət və üçüncü dərəcəli Oktyabr ordeni ilə təltif olunmuşdur. Dediyim kimi o zaman QAZ 24 markalı "VOLQA" maşını ilə mükafatlandırılmışdı.
Yanvarın 16 da Tərtər rayonunda mərhum anamıza 7 mərasimi keçiriləcək. Zəmanəmizin üzü qara olsun. Pandemiyaya görə yaxınlarımızın mərasimində də iştirak edə bilmirik. Bir daha Fəhruz anamıza Allahdan rəhmət diləyirəm. Ruhu şad olsun!Həyat yoldaşı Novruz Əmi başda olmaqla, qızı Mehriban xanıma, oğlu Oqtaya dərin hüznlə baş sağlığı verirəm.Və deyirəm ki, dərdinizə şərikəm, əzizlərim! Son qəminiz olsun. Analarımıza layiq bir şerimlə sizə təskinlik verməyi də özümə borc bildim:
İndi başa düşmüşəm, nələr çəkib yolumda,
Onun gücü-qüvvəti, bu gün mənim qolumda.
Köksü beşiyim olmuş mənim yorğun halımda,
Bu həyata vəsiqəm, ömrə təməlim- Anam.
Mələklərin mələyi, dünya gözəlim – Anam!
Həyatın yollarını çiçək-çiçək öyrədən,
Əllərimdən tutaraq “adax-çöçək” öyrədən,
Həyatı dərk etməyi belə göyçək öyrədən,
Mənim unveristetim, ən böyük müəllim- Anam.
Mələklərin mələyi, dünya gözəlim- Anam!
Anam mənim yurd yerim, anam ocaq daşımmış,
Anam qohum-əqrəbam, bacımmış, qardaşımmış...
Ən yaxın, ən səbirli dostummuş, sirdaşımmış,
Qiymətsiz brilyantım, qiymətli ləlim- Anam.
Mələklərin mələyi, dünya gözəlim- Anam!
Ayaqlarım onundu, yerişim ondan qalıb,
Yerli-yersiz göz yaşım, gülüşüm ondan qalıb.
Yaxşı- yaman nə varsa, hər işim ondan qalıb,
Mənim sol əlim-Anam, mənim sağ əlim- Anam.
Mələklərin mələyi, dünya gözəlim- Anam!
Yaxşı nədi, pis nədi- mənə sən öyrətmisən,
Yaşamağa dəyanət, dərdə çəm öyrətmisən.
Sevinməklə yanaşı, dərdi-qəm öyrətmisən,
Mənim döyünən qəlbim, danışan dilim- Anam.
Mələklərin mələyi, dünya gözəlim- Anam!
Mənim nəyim var bu gün, hamısı onun imiş,
O çəlimsiz vücudun, o zərif canın imiş.
Yaşamaq da, ölmək də, danılmaz qanun imiş,
Düzgünlüyüm, haqlığım, doğru əməlim- Anam.
Mələklərin mələyi, dünya gözəlim- Anam!
Atama minnətdaram, suyum Atamdan gəlib.
Köküm Atamdan gəlib, soyum Atamdan gəlib.
Dünyaya qətrə işıq payım Atamdan gəlib,
Mənim ömür yolumda yanan məşəlim- Anam.
Mələklərin mələyi, dünya gözəlim- Anam!
Ruhuna hörmətlə:
Yusif Hüseyn, şair-tədqiqatçı
15 yanvar 2022 ci il
Dalidag.az Kateqoriya: Kəlbəcər
Tarix: 15-01-2022 16:12
Baxış sayı: 3253
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23