Reklam
Kəlbəcərə gedən koronavirus xəstəsi tutuldu
15-12-2021 11:50

Koronavirus xəstəsi Kəlbəcər rayonuna icazəsiz keçməyə cəhd edib.
Dalidag.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan lent.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları komendant postunda xidmət aparan zamanı, müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıb. Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allaxquliyevin eyni zamanda COVİD-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etmsi də müəyyən edilib. Rayon Polis Şöbəsinin əməkdaşları müəyyən edilmiş tibbi prosedurlar gözləməklə onu yaşadığı ünvana geri qaytarıb, faktla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində də koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Fərid Sərdarlının ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kateqoriya: Kəlbəcər
Tarix: 15-12-2021 11:50
Baxış sayı: 3308Yazı axını
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
Ən çox oxunanlar


























