Reklam
Kəlbəcərdə elektrik enerji sistemi belə qurulur – VİDEO
06-11-2021 11:57

“Azərişıq” ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.
Dalidag.az xəbər verir ki, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovotluq izolyasiyalı və mühafizə olunan kanellərin çəkildiyi göstərilir. Bunu üçün isə Səhmdar Cəmiyyətinin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar.
Həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.
Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, kadrlardan da göründüyü kimi rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.
Məlumata görə, “Azərişıq” Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.
Xatırladaq ki, ötən il 44 günlük vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı təslimçilik aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində döyüşsüz Azərbaycana qaytarılıb.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 06-11-2021 11:57
Baxış sayı: 4411Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























