Reklam
Milli Qəhrəmanların ailə üzvləri Prezidentə müraciət etdi: "Eldar Həsənovun həyatı təhlükədədir"
15-10-2021 21:14
"İnanırıq ki, bizim böyük inam və ümidlə Sizə etdiyimiz müraciətimizi cavabsız qoymayacaqsınız!"
Kəlbəcərli Milli Qəhrəmanların ailə üzvləri Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, hazırda həbsdə olan Eldar Həsənovun azad olunması xahişi ilə Prezidentə müraciət etdilər.
Dalidag.az sözügedən müraciəti təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Böyük Qayıdışın memarı cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bir il öncə Sizin birbaşa rəhbərliyinizlə Azərbaycan Ordusunun 30 ilə yaxın erməni vandallarının işğalı altında qalan Qarabağımızı, bizim ata-baba torpaqlarımızı azad etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqımızın tarixində əbədi yaşayacaqdır. Bu şanlı qələbə ilə 1 milyona yaxın soydaşımız kimi, biz kəlbəcərlilər də alnımıza vurulmuş məcburi köçkünlük damğasından xilas ola bildik. Sizin işğaldan azad olunmuş bölgələrimizə tarixi səfərləriniz və oradan bütün dünyaya verdiyiniz mesajlar isə Azərbaycanın bu tarixi torpaqlarının sabahkı xoş gələcəyindən xəbər verir. Sizin bu günlərdə dediyiniz “Kəlbəcər dünyanın ən gözəl yeridir” sözləriniz də yaxın illərdə bütün dünyanın diqqətinin bölgəmizə çevriləcəyinə işarədir. Cənab Prezident, bizim Sizə müraciətimiz Birinci Qarabağ Müharibəsi iştirakçısı, Azərbaycanın sabiq baş prokuroru və bir neçə ölkədə 20 il səfiri olmuş Eldar Həsənovun həbsi və taleyi ilə bağlı keçirdiyimiz narahatçılıqla bağlıdır. Bizim bu illər ərzində tanıdığımız Eldar Həsənov özü də dəfələrlə vurğuladığı kimi, hər zaman Ümumilli liderimiz Heydər Əliyevə, onun layiqli davamçısı olan Sizə, yürütdüyünüz dövlətçilik siyasətinə sədaqəti ilə seçilib. Eldar Həsənov Qarabağda erməni seperatizminin başlandığı ilk günlərdən torpaqlarımızın müdafiəsində fəal iştirak edib. Goranboy, keçmiş Xanlar (Göygöl) rayonlarının və Tovuzun Əlibəyli və digər sərhədyanı kəndlərin müdafiəsində və erməni qəsbkarlarından təmizlənməsində müstəsna xidmətləri olub. O, hələ Gəncə şəhər Polis İdarəsinin rəisi işləyərkən bizim doğulub boya-başa çatdığımız Kəlbəcər rayonunun müdafiəsində əsas yük onun çiyinlərinə düşürdü. O dövrdə ağır blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Ümumilli liderimiz Heydər Əliyevlə birbaşa əlaqə saxlayaraq bu bölgəyə xeyli silah-sursat, ehtiyac duyulan digər yardımlar edib. Sonralar hakimiyyət dəyişikliyi zamanı onu bu məsələyə görə vəzifəsindən uzaqlaşdırdılar və orda-burda danışdılar ki, Eldar Həsənov Heydər Əliyevi silahlandırıb üstümüzə qaldırır. Rəhmətlik Ulu öndər Heydər Əliyev onun bu fədakarlığını unutmayıb və yenidən hakimiyyətə qayıdandan sonra Eldar Həsənova böyük etimad göstərərək onu respublikanın baş prokuroru təyin edib. Bu postda işlədiyi illərdə Ümummili liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən dövlət quruculuğu və qanunlarımızın hüquqi aliliyinin möhkəmləndirilməsi yolunda öz qüvvə və bacarığını əsirgəməyib. Sonradan səfir işlədiyi ölkələrdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında danılmaz xidmətləri olub. Bu gün Eldar Həsənov 67 yaşındadır, olduqca ağır xəstədir və həyatı təhlükədədir. Düçar olduğu ağır xəstəlik üzündən hər dəfə məhkəməyə təcili yardım maşınının müşayiəti ilə gətirilir. O hər an həyatını itirə bilər və bu da Milli Qəhrəman ailələri olaraq bizi çox sarsıda bilər. Xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz. Ən azından bu müraciəti sizə etməyimizdə mənəvi haqqımız vardır, çünki Eldar Həsənov işlədiyi müddətdə hər zaman bizim qayğımıza qalıb. Və bu köməyi də Heydər Əliyevin tapşırığı ilə etdiyini hər zaman xüsusi vurğulayıb. İnanırıq ki, bizim böyük inam və ümidlə Sizə etdiyimiz müraciətimizi cavabsız qoymayacaqsınız. Öncədən minnətdarlığımızı bildiririk."
Sizə böyük hörmət və sayğılarla, Kəlbəcər rayonundan olan Milli qəhrəman ailələri adından:
1. Milli Qəhrəman Şahlar Şükürovun qardaşı Malik Şükürov
2. Milli Qəhrəman Sərdar Mədətovun ailəsi adından Çingiz Səfərov
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 15-10-2021 21:14
Baxış sayı: 3564
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23