Reklam
Kəlbəcərdə Şəhidlər lövhəsini sökənlər axtarılır - VİDEO
01-09-2021 22:44

Kəlbəcər rayonunda xoşagəlməz, eyni zamanda, müəmmalı hadisə baş verib. Belə ki, rayonun Comərd kəndinin bir qrup sakini torpaqlar işğaldan azad ediləndən sonra Qarabağ müharibəsində şəhid olmuş həmkəndlilərinin fotoları vurulan lövhə hazırlayıblar. Lövhə dəmir dayaqlarla kənddə yolun kənarında quraşdırılıb. Bir müddət sonra təkrar kəndə gedən sakinlər şəhidlərin rəsmləri vurulan lövhənin çıxarılaraq, yol kənarına atıldığının şahidi olublar. Lövhənin kim və ya kimlər tərəfindən qırılıb atılması müəmmalı qalır.
Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı konkret.az-a açıqlama verən Kəlbəcərin deputatı Aqil Məmmədov lövhənin yenidən əvvəlki yerinə quraşdırıldığını söyləyib:
“Birinicisi, o lövhənin aşırılması şəhidlərə, onların ailələrinə hörmətsizlikdir. Hansı məqsədlə olursa olsun, şəhidin şəkli vurulan lövhəyə o cür yanaşma olmamalıdır. Bu məsələyə laqeyd qalmaq olmaz, hər şey araşdırılacaq. Lövhə çıxarılsa belə, səliqəli şəkildə çıxarılmalı, yeri dəyişdirilməli idi. Kəlbəcər rayonunun polis rəisi lövhənin yerinə quraşdırıldığını söyləyib”, – deyə deputat vurğulayıb.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 01-09-2021 22:44
Baxış sayı: 2443Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























