Reklam
SON DƏQİQƏ: Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribat törədib
29-08-2021 14:19

“Qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır”.
Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür: “Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub.
Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur".
Kateqoriya: Kəlbəcər
Tarix: 29-08-2021 14:19
Baxış sayı: 3670Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























