Reklam
Kəlbəcərli vəzifəli şəxs vəfat etdi
20-08-2021 15:35
Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib.Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının informasiya təminatı və təhlili sektorunun müdiri Əli Salahov vəfat edib. Mərhum uzun sürən xərçəng xəstəliyindən sonra, bu gün haqqın dərgahına qovuşub.
Qeyd edək ki, Əli Yolçu oğlu Salahov 25 noyabr 1959-cu ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub. Ali təhsilli idi. 1977-ci ildən istehsalatda müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ilin aprel ayından Kəlbəcər RİH başçısı aparatında müxtəlif vəzifələrdə, o cümlədən 03.08.2012-ci ildən Kəlbəcər RİH başçısı aparatı İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində işləyib.
Məlumat üçün bildirək ki, Ə. Salahov 31.07.2018-ci il tarixdə dövlət başçısı tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 20-08-2021 15:35
Baxış sayı: 3715Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























