Reklam

Kəlbəcər RİH-nin başçısı Azər Qocayev və paraolimpiyaçı cüdoçu İlham Zəkiyev Vətən müharibəsi qaziləri ilə görüşüb
13-08-2021 21:06

Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, cüdo idman növü üzrə Azərbaycan paraolimpiyaçısı , "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" adına, "Tərəqqi" medalına , "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülmüş və 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu və 2015-ci il Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 7-ci Dan Qara kəmər sahibi İlham Zəkiyev, Azərbaycanın cüdo üzrə paralimpiya yığması komandasının məşqiçisi və eləcədə paraolimpiyaçı cüdoçu İlham Zəkiyevin şəxsi məşqiçisi Azad Zahidov və Vətən müharibəsi qaziləri iştirak edib.

Rayon rəhbəri bildirmişdir ki, bu gün şanlı Azərbaycan bayrağı təkcə idman arenalarında deyil, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğunun sayəsində işğaldan azad edilmiş rayonlarımızda o cümlədən Kəlbəcər rayonunda da dalğalanır. Düşmən tapdağından azad edilən ərazilərimizdə o cümlədən Kəlbəcər rayonunda da, dövlətimizin başçısı tərəfindən yeni infrasturuktur lahiyələrinin icrasına başlanılacaq və digər sahələr kimi Kəlbəcər rayonu ölkəmizdə idmanın inkişaf etmiş rayonlarından birinə çeviləcəkdir.

Paraolimpiyaçı İlham Zəkiyev bildirmişdir ki, o eyni zamanda Qarabağ qazisidir.Kəşfiyyatçı kimi döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Bu gün tarixi qələbənin qazanılmasında əməyi olan Vətən müharibəsi qaziləri ilə görüşə gəlməklərində məqsəd qazilərimizə öz mənəvi dəstəklərini ifadə etmək və onlara motivasiya verməkdən ibarətdir ki, hər hansısa bir bədən üzvünü itirmək onları özlərinə qapamamalıdır.Əksinə mübariz olub, onun kimi, digər paraolimyaçılar kimi dövlətimizə və xalqımıza xidmət edə bilərlər.
Daha sonra çıxış edən Azərbaycanın cüdo üzrə paralimpiya yığması komandasının məşqiçisi və eləcədə paraolimpiyaçı cüdoçu İlham Zəkiyevin şəxsi məşqiçisi Azad Zahidov bildirmişdir ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb və İlham Zəkiyev Azərbaycanın paralimpiya komandasının bayraqdarı olacaqdır.
Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri görüşdən məmnun olduqlarını bildirərək paraolimpiyaçı cüdoçu İlham Zəkiyevə Tokio-2020 Yay Olimpiya Oyunlarınında uğurlar arzulayıblar.Daha sonra tədbirin sonunda xatirə şəkili çəkdirilib.
Dalidag.az










Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
