Kəlbəcərdə 11 erməni əsgər nəyə “qurban” verildi?

26-07-2021 15:05


Kəlbəcərdə baş verən hadisələr çoxlu suallar doğurur. Əvvəlcə Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri məlumat verdilər ki, Kəlbəcərdə atışma baş verib, amma bununla bağlı nə Rusiya sülhməramlıları, nə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən reaksiya gəldi.

Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.
Onun sözlərinə görə, hesab etmək olardı ki, kiməsə sadəcə növbəti dəfə mediada münaqişəsini aktuallaşdırmaq üçün bir informasiya bəhanəsi lazım idi. Daha sonra bu qarşıdurma nəticəsində bir Azərbaycan və 11 erməni hərbiçinin öldürüldüyü barədə məlumatlar yayıldı:
“Belə çıxır ki, iyulun 23-də Kəlbəcərdə sıradan bir atəşkəs pozuntusu deyil, ciddi itkilərlə nəticələnən konkret döyüş baş verib. Artıq bunu gizli saxlamaq olmadığından bir sıra yerlərə konkret suallar yaranır. Birinci sual Rusiya sülhməramlılarına aiddir: necə oldu ki, onların nəzarətində olan zonadan Azərbaycan hərbçilərinin postuna erməni yaraqlıları hücum edir?
İkinci sual Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin hərbi qulluqçularına şamil olunur: döyüş faktına reaksiya niyə olmadı? Niyə qarşıdurmanın səbəbləri təhlil olunmadı? Və nəhayət – bu silahlı insidentin baş verməsində məsuliyyət kimin üzərinə düşür?
Üçüncü sual isə Azərbaycan Müdafiə Nazirliyinədir: baş verənlərə hərbi-siyasi qiymət haradadır? Ermənistanın Müdafiə Nazirliyinə analoji sual vermək olardı, amma onu da başa düşmək olar ki, hazırda bu sualla İrəvana müraciət etmək mənasızdır. Çünki indi orada generallar və polkovniklər kabinet və portfelləri bölüşdürürlər. Onların başı başqa şeylərə qarışıb".
O.Kuznetsov bildirib ki, bu vəziyyətdə “mümkün ən pis ssenari” bu ola bilər:
“İrəvan qəsdən öz hərbiçilərini ölümlə nəticələnən təxribatlara sövq edir ki, Müdafiə Nazirliyində vəzifədə olan bəzi generalları rahatlıqla işdən aza edərək, onların yerinə öz adamlarını gətirə bilsin.
Atəşkəs şəraitində 11 hərbçinin həlak olması, demək olar ki, istənilən, hətta ən "yeri bərk olan" generalın istefası üçün ciddi səbəbdir. Rusiyada biz daxili işlər nazirini yalnız ona görə dəyişdik ki, guya qısqanclıq zəminində əsəbiləşən polis Moskvada ticarət mərkəzinin ziyarətçilərini güllələmişdi. Yaddan çıxarmaq lazım deyil ki, məhz bu ilin fevralında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, daha üç generalı və 30-dan çox zabiti Nikol Paşinyanın istefasını tələb etmişdilər. Hazırda Nikol bu güclü müxaliflərdən azad olmaq şansı əldə etmiş olur.
Yalnız hadisələrin bu inkişaf ssenarisi həm Qarabağda Rusiya sülhməramlılarının komandanlığının susmasını, həm də Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin şərhlərinin olmamasını məntiqi şəkildə izah edir. Hər şey hamını qane edir”, - deyə müsahibimiz qeyd edib.

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 26-07-2021 15:05
Baxış sayı: 4252
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını