Reklam
Sinəsi hikmətli sözlərlə, gülməcələrlə dolu Kəlbəcər ağsaqqalı - Abdullah Abışov
03-07-2021 12:21
Bu günlərdə bir Kəlbəcərli ağsaqqalımız da Kəlbəcəri görmədən Haqq dünyasına qovuşdu. Həm rayonumuzda həm də kəndlərimizdə hörmət sahibi olan bir ağsaqqalımız...
Abdullah Məhəmməd oğlu Abışov 1935 ci ildə Kəlbəcər rayonun Zülfüqarlı sovetliyinin Qaragüney kəndində anadan olubdur. Qaragüney, Keçiliqaya və Çorman kəndlərinə QOŞNALLAR tayfası deyirdilər. Bu 3 kənd bir tayfanın camaatıdır (Səbəbini indi də bilmirəm, bilən varsa yazsın). Orta məktəbi Zülfüqarlı kəndində və Kəlbəcər şəhər orta məktəblərində bitirmişdi. Xalq Təsərrüfatı İnstitunun (İndiki İqtisad Universitetini) Mühasibat Uçotu fakultəsini bitirmişdi. Ali təhsilli iqtisadçı idi. Kəlbəcər rayon İstaehlak cəmiyyətində, İstisu sudoldurma zavodunda və müxtəlif təşkilatlarda baş mühasib vəzifəsində hörmətlə çalışmışdır. Mən özüm görmüşdüm ki, Abdullah Abışovun şəkili həmişə İstehlak Cəmiyyətinin “Şərəf Lövhəsində” olmuşdu.
Abdullah Abışov Kəlbəcərdə yaradılan könüllü batalyona daxil olaraq Kəlbəcər rayonun ərazisinin qorunmasında fəal iştirak etmişdir. Abdullah Abışov həmişə haqq-ədalət tərəfdarı olmuşdu. Ona görə də həmişə onun adının qabağında “kişi sözü” deyərdilər. 21 iyun 2021-ci ildə böyrək çatışmamazlığı xəstəliyi ilə Kəlbəcər həsrəti ilə dünyasını dəyişdi.
Abdullah Abışov bütün Kəlbəcər ağsaqqalları kimi sinəsi hikmətli sözlərlə və gülməcələrlə dolu getdi. Arada şeir də yazardı. Bir şerinin iki bəndi yadımdadır. Rəhmətlik deyirdi ki, şerin qalan bəndlərini Allah rüsxət versə doğma Kəlbəcərimizdə məhləmin xarabalığında, daşın üstündə əyləşib yazacam. Tanrı imkan vermədi. O şerini də sizlərə təqdim edirəm dostlar:
Mən söz atdım o dinmədi,
Gözüm qaldı dodağında.
Bülbül kimi daldalandı,
Qızıl gülün budağında.
Göyçəyidir gözəllərin,
Vurğunuyam ağ əllərin.
Arzum budur o dilbərin,
Canım çıxa qucağında.
Şeiri deyəndə soruşurdum ki, ay gözəl kişi bu şeri kimə yazmısan. Rəhmətlik də gülə-gülə cavab verirdi ki, ayə sizin kimi fırıldaq deyiləm ki, kimə yazacam öz ömür-gün yoldaşıma.
Bəzən də söhbətində, danışığında yumor hissi olardı rəhmətliyin. Bir dəfə rayonda avtomobil qəzasına düşmüşdülər. Onda rəhmətlik 7 ay komada qaldı. Bir gün ayıldı və vəziyyəti get-gedə normallaşdı. Bir ağsaqqal qohumu tez-tez Abdullah kişi gilə gələrdi. Amma nədənsə bu yeddi ayda koma vəziyyətində olanda heç gəlməmişdi. Qohumu eşidir ki, Abdullah kişi komadan ayılıb və vəziyyəti normaldı. Onda görüşünə gəlir. Bu vaxt qonşusu, Təminatın müdiri Əliyev Surxay pəncərədən görür ki, budur həmin ağsaqqal qohumları gəlir Abdulla kişini yoluxmağa. Surxay kişi də zarafatla Abdulladan xahiş edir ki, “mən ölüm özünü ölülüyə vur, görək kişi nə edir?" Abdulla kişi də özünü ölülüyə vurur. Ağsaqqal qohumu gəlib Abdullahın çarpayısının yanında qanı qara dayanır onu silkələyir. Bir neçə dəfə belə edəndə Abdullah inildəyir. Kişi soruşur. Ayə de görüm məni tanıdınmı?! Bu zaman da zarafatından qalmayan Abdullah kişi deyir: "Ay ağsaqqal niyə tanımıram ki, Amerikanın prezidenti Ruzveltsən də". Bu zaman ağsaqqal qohumu deyir ki:-Ayə bunu qibləyə çöndərin,bunun dirilməyi getdi. Bu baməzəliyi illərlə dillərdə gəzdi rəhmətliklərin. Övladları Sahib Abışova və Ramiz Abışova, eləcə də, bütün əzizlərinə Allahdan səbr diləyirəm. İyul ayının 30 da mərhumun 40 mərasimi Xırdalanda öz həyətində olacaqdır. Son qəminiz olsun əziz Kəlbəcərlilərimiz...
Ruhuna hörmətlə:
Yusif Hüseyn
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 03-07-2021 12:21
Baxış sayı: 31 116
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23