Reklam
Prezidentin bu sərəncamı Kəlbəcərə qayıdışı sürətləndirəcək - Aqil Məmmədov
23-06-2021 22:59
"Müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəd xəttinin müəyyənləşdirilməsi və Azərbaycan sərhədçilərinin sərhədlərimizdə mövqe tutması üçün sistemli iş aparılır". Dalidag.az xəbər verir ki, bunu Milli Məclisdə Kəlbəcəri təmsil edən deputat Aqil Məmmədov deyib.
Deputat bildirib ki, Ermənistan tərəfi bu prosesi pozmaq və Azərbaycana aid olan əraziləri hansısa yollarla yenə də öz nəzarətində saxlamaq üçün müxtəlif təxribatlara əl atır. "Doğrudur, bu təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır. Ancaq görünən odur ki, bu təxribatlar davam edə bilər. Xüsusilə, Kəlbəcər rayonu istiqamətində ermənilərin təxribatçı fəaliyyəti görünməkdədir. Ərazinin, keçid yolarının minalanmasına cəhdlər, ikisi jurnalist, biri dövlət məmuru olmaqla, Azərbaycan vətəndaşlarının minaya düşməsi faktlı bu ərazidə etibarlı sərhəd qorunmasını tələb edir",- deyə millət vəkili qeyd edib.
A. Məmmədovun sözlərinə görə, bu işdə elektrik enerjisi təminatı vacibdir. Sərəncamı zəruri edən də əsasən bu səbəblərdir.
"Rayon ərazisində elektrik enerjisi təchizatının qurulması həm digər sahələrdə infrastruktur işlərinin sürətlənməsinə, həm də, Kəlbəcərə qayıdış prosesinə müsbət təsirini göstərəcək. Bu baxımdan, kəlbəcərlilər adından Cənab Prezidentə öz minnətdarlığımızı çatdırmaq istəyirəm"- deyə deputat şərhini tamamlayıb.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 23-06-2021 22:59
Baxış sayı: 3360Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























