İki müharibənin qəhrəmanları – KƏLBƏCƏR ŞƏHİDLƏRİ!

11-06-2021 18:11

Vətən üçün doğulanlar

Kəlbəcər rayonunun Çaykənd kənd ərazi nümayəndələyinin şəhidlərinin şərəfinə stend hazırlanıb

Vətən müharibəsində qazandığımız qələbəyə görə xalqımız bu gün başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Müzəffər Ordumuzun hər bir döyüşçüsünün vətənpərvərlik duyğularından danışır. Çünki onların  qazandığı Zəfər xalqımıza qürur hissi yaşadır.
28 il Ermənistanın işğalı altında qalan təbiət muzeyi Kəlbəcər də istər birinci, istərsə də  ikinci Qarabağ savaşlarında xeyli övladını Vətənə qurban verib. Canlarını ana torpağa qurban verən igid şəhidlərimizin şərəfli ömür yollarına həsr edilən neçə-neçə kitablar yazılıb, videoçarxlar hazırlanıb. 
Bu günlərdə sosial şəbəkədə Kəlbəcər rayonunun Çaykənd kənd  inzibati ərazisinə daxil olan bir neçə yaşayış məntəqəsində dünyaya göz açmış və Vətənin  bütövlüyü uğrunda şəhid olan işidlərimizin şərəfinə bir staend hazırlandığının şahidinə çevrildik. Bu, Kəlbəcərə qayıdışa bir töhvə  kimi də olduqca dəyərlidir.
Xatırladaq ki,  Kəlbəcər  rayonunun Çaykənd kənd ərazisinə daxil olan  yaşayış məntəqələrinin ilk şəhidləri Məhərrəmov Zabil Gəray oğlu, Verdiyev Hafiz İman oğlu, Məmmədov Qardaşxan Rəhim oğlu olub.
Məhərrəmov Zabil Gəray oğlu, Verdiyev Hafiz İman oğlu 1991-92-ci illərdə yeni yaradılan Milli Ordunun ilk əsgərləri, Məmmədov Qardaşxan Rəhim oğlu isə könüllü döyüşçülərdən idi. Hər üçü 1992-ci ildə Azərbaycan- Ermənistan sərhədində ( Kəlbəcər rayonunun Söyüdlü zastavasında) gedən döyüşlərdə həlak olublar.
Bu stendın hazırlanması barədə məlumat verən Çaykənd kənd sakini Rizvan Atayev qeyd edir ki, Balaxanov Surxay Mürsəl oğlu hərbi xidmətdən sonra Rusiyada polis orqanlarına çalışırdı: “Ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı təxribata başladığı vaxtlar xidmətini Vətəndə  keçmək üçün göndəriş alır. Kəlbəcər Rayon Polis Şöbəsində xidməti vəzifəsini yerinə yetirərkən 1993-cü ilin yanvar ayında Sərsəng  su anmbarı ətrafında gedən döyüşlərdə həlak olub. Ailəli idi, 2 övladı var. Atayev Namiq Məsim oğlu  o zamanlar Rusiyada ali məktəb tələbəsi idi. Hadisələr başlayanda yenicə məzun olmuş N.Atayev zabit kimi döyüşlərə atıldı. Goranboy, Ağdərə, Laçın istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etdi. 1993-cü ildə Kəlbəcərin işğalı günlərində itkin düşüb.
Ordumuzun bir qorxmaz, cəsur döyüşçüsü də Məmişov Etibar Xansuvar oğlu idi. Kəlbəcərin 1993-cü ilin aprel ayında işğalı günlərində Meydançayda gedən son döyüşlərdə qəhrəmancasına şəhid olub...”
Bu siyahıya daxil olan Atayev Əli Yunis oğlu isə Sovet Ordusunun tərkibində Almaniyada xidmət edib. Baş çavuş rütbəsində xidmətdən tərxis olunub. Qiyqbi təhsil alan tələbə həm də istehsalatda çalışııb- baş mühasib işləyirdi. 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə həlak olub.
Sovet Ordusunda gizir kimi xidmət etmiş, məlum hadisələrlə əlaqədar Vətənə dönüb döyüşlərə atılmış Hacıyev Kamal Hüseyn oğlu da Milli Ordunun ilk peşəkar hərbiçilərindən idi. Təəssüf ki, şərəfli döyüş yolu 1994-cü ildə “Kəlbəcərin azad edilməsi əməliyyatı”nda başa çatdı. Ailəli idi. 3 övladı var. Ailədə balaca bir Kamal da böyüyür.
Muxtarov Qəhrəman Məhəmməd oğlu da bu ərazi nümayəndəliyin ilk şəhidlərindəndir. Yol-inşaat mühəndisi idi. Kəlbəcər-Ağdərə yolunda şəhid olub.
Həsənli Zaur Seyfəddin oğlu 2014-cü ildə Naxçıvan istiqamətində ermənilərin təxribatının qarşısını alarkən Vənə canını qurban verib.
Şəhid və qazilərimizin dünyaya göz açdığı ailələr dövlət və hökumət, eləcə də xalqımız tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Şəhidlərimizin müqəddəs ruhlarına hörmət və ehtiram əlaməti olaraq  görülən tədbirlər onların əbədiyaşarlığının bariz nümunəsidir. Hər birinizin ruhu qarşisinda borcluyuq, vətən oğllari!

Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 11-06-2021 18:11
Baxış sayı: 31 508
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını