Reklam

Başlibel faciəsi Kanada mətbuatında
24-05-2021 13:30
Dalidag.az xəbər verir ki, bu barədə oxu.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, soydaşlarımızın təşəbbüsü ilə Kanadanın https://www.thej.ca portalında “Başlibel faciəsi : Birinci Qarabağ müharibəsinin faciəvi anı” adlı məqalə yayımlanıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun qələmə aldığı məqalədə bildirilib ki, 1993-cü il aprelin 2-də Başlibel və Qarabağ bölgəsindəki yüzlərlə kənd Ermənistanın həyata keçirdiyi genişmiqyaslı müharibə nəticəsində viran qalıb.
Məqalədə öncə Başlıbel kəndi, kəndin mənzərəsi, sakinlərinin məşğuliyyəti, təhsil səviyyəsi, mədəniyyəti haqqında məlumat verilib. Daha sonra isə müəllifin dinc Başlıbeş sakinlərinə qarşı ermənilər tərəfindən törədilən qırğın aktı barədə xatirələri əks olunub. Ucqar ərazidə yerləşən, sərt iqlimə malik olan kəndin sakinlərinin həmin gün hansı şəraitdə doğma torpaqlarını tərk etdiyini təsvir edən müəllif bildirib ki, ermənilərin törətdiyi amansız vəhşiliklərindən qaçmağa çalışan dinc kənd sakinlərin bir çoxu kənddən 1-2 kilometr uzaqdakı sığınacaqda öldürülüb və ya girov götürülüb.
“Vətən müharibəsindən sonra Kəlbəcəri tərk edən ermənilərdən fərqli olaraq, bizə köçmək üçün 15 gün yox, yalnız 10 saat vaxt verildi. Ailəm də daxil olmaqla çoxumuz ərazidən çıxmazdan əvvəl pencəyimizi belə götürə bilmədik. Uzun illər yoxsulluq içində müvəqqəti sığınacaqlarda yaşadıq”, - deyə müəllif bildirir.
Məqalədə həmçinin, Birinci Qarabağ müharibəsindən sonra əsir götürülən yüzlərlə azərbaycanlının taleyi ilə bağlı dünya dövlətləri tərəfindən Ermənistana təzyiq göstərilmədiyi də vurğulanıb.
Məqalə ilə daha ətraflı buradan tanış olmaq olar.
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
