Reklam
Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət edildi - ŞƏKİLLƏR
02-04-2021 14:30
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Kəlbəcər rayonunun işğalının 28-ci ildönümündə Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzmüş və şəhidlərimizin ruhuna dualar oxunmuşdur.Dalidag.az -ın məlumatına görə, sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, kəlbəcərlilər doğma yurda qayıtmaq ümüdini heç vaxt itirməmiş və əminliklə həmin günün reallaşmasını gözləyirdilər. 27 sentyabrda başlayan Vətən müharibəsi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti ilə tarixi zəfərlə başa çatdı.Cənab İlham Əliyevin “ Dəmir Yumruğu” kəlbəcərlilər kimi digər məcburi köçkün həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Cənab prezident İlham Əliyevin siyasi və hərb meydanında qazandığı üstünlük, apardığı uğurlu siyasət erməniləri vadar etdi ki, Kəlbəcər bir güllə atılmadan təcavüzkarlardan azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə 25 noyabr 2020-ci ildə xalqa müraciətindən sonra respublikamızın hər yerində yaşayan kəlbəcərli məcburi köçkünlər Azərbaycan bayrağı, cənab Prezidentin və Ulu öndərin şəkili əllərində “Qarabağ”, “Qarabağ Azərbaycandır”, “Kəlbəcər Qarabağdır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Kəlbəcərə qayıdırıq”, "Yaşasın Azərbaycan Ordusu" kimi müxtəlif şüarlar tutaraq bir-birini təbrik edib, doğma yurdlarının, el-obalarının işğaldan azad olmasını bayram ediblər. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıblar.
Rayon rəhbəri əminliklə vurğulamışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər rayonu daha da inkişaf edərək, təkcə ölkəmizdə deyil dünya miqyasında tanınan bir rayon olacaqdır.Biz kəlbəcərlilərdə rayonumuzda aparılacaq yenidənqurma və bərpa işlərində müsəlləh əsgər kimi hər zaman dövlət başçımızın yanındayıq.
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 02-04-2021 14:30
Baxış sayı: 3364Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















