Reklam
Aqil Məmmədov: “Kəlbəcərin işğal günü heç vaxt unudulmamalıdır”
02-04-2021 13:40
Bu gün Kəlbəcər rayonunun 1993-cü ildə işğal edilməsindən 28 il ötür. Azərbaycan Silahlı Qüvvələrinin apardığı 44 günlük uğurlu müharibənin nəticəsi olaraq digər ərazilərimizlə yanaşı Kəlbəcər rayonu da işğaldan azad edildi. 28 ildən sonra ilk dəfədir ki, Kəlbəcərin işğal günü Kəlbəcər işğalda olmadığı halda anılacaq.Dalidag.az-ın məlumatına görə, Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov turkustan.info-ya açıqlamasında bildirib ki, rayon işğaldan azad edilsə belə, işğal günü heç vaxt unudulmamalı, hər il anılmalıdır: “İşğal faktını, erməni vandalizmini dünyaya çatdırmaq baxımından işğal tarixlərinin qeyd edilməsi vacibdir. Digər rayonlarla bağlı da eyni cür davranmalıyıq. Sadəcə olaraq, qeyd etmənin formasında müəyyən dəyişiklik etmək olar. Azad edilən rayonların işğal tarixlərinin, anım günlərinin bundan sonrakı formaları ilə bağlı müxtəlif fikirlər var. Hesab edirəm ki, həmin anım günlərini heç zaman unutmaq olmaz. İşğaldan azad edilən rayonlarımızda işğal faktını göstərən abidələr olmalıdır. O cümlədən, Kəlbəcərdə. Ümummilli lider Heydər Əliyev məcburi köçkünlərlə keçirdiyi görüşlərdə hər zaman vurğulayırdı ki, torpaqlarımız azad edildikdən sonra da bu faciələr, işğal günləri unudulmamalı, hər zaman xatırlanmalıdır.”
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 02-04-2021 13:40
Baxış sayı: 3421Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























