Reklam

Ağazaryan: “Kəlbəcər heç vaxt Ermənistanın olmayıb”
31-03-2021 22:13
Ermənistan hakimiyyətində yavaş-yavaş həqiqətləri qəbul etməyə başlayırlar. Xüsusilə Nikol Paşinyan məsələlərə fərqli yanaşmaq yolunu seçib. Baş nazir Azərbaycana və Türkiyəyə düşmən münasibətin əhəmiyyətsizliyindən danışır. Onun komanda üzvləri də oxşar mövqe ortaya qoyurlar.
Dalidag.az xəbər verir ki, “Mənim addımım” fraksiyasının üzvü Ovik Ağazaryan Kəlbəcərin heç vaxt Ermənistanın ərazisi olmadığını deyib. O, belə düşünənləri ağılsız adlandırıb: “Ermənistanda elə cəsur adam var ki, Kəlbəcərin bizim olduğunu desin? Bütün dünya deyər ki, Kəlbəcər sənin deyil, mənim əzizim, mümkün qədər tez qaytar. Kəlbəcər əvvəl-axır qaytarılmalıydı”.Açıqlama müxalifəti çox qəzəbləndirib. Müxalif qüvvələr hakimiyyəti dərhal satqınlıqda ittiham etməyə başlayıb. Belə fikirlər onsuz da səslənirdi. Ağazaryan onların əlinə növbəti əsası verib. Hakim partiyanın nümayəndələri isə onu müdafiə etməyə çalışır. “Mənim addımım” üzvləri müxalifətin düşmənçilik toxumu səpdiyini bildirir. Onların fikrincə, indi bölgəyə əmin-amanlıq gətirmək zamanıdır.
“Çiçəklənən Ermənistan” partiyasını parlamentdə təmsil edən Naira Zöhrabyan Ağazaryanın fərdi təşəbbüslə belə fikir ortaya qoymadığını düşünür. Deputat deyib ki, hakimiyyət bilərəkdən xalqı Türkiyə ilə isti münasibətlərə hazırlayır. O, məqsədin Ermənistanı Türkiyəyə vermək olduğunu bildirib: “24 aprel ərəfəsində soyqırımın əhəmiyyətsiz olduğunu göstərmək istəyirlər. Təhlükəsizlik Şurasının katibi türkçülük təbliğatıyla məşğul olur. Xalqı Kəlbəcərin bizim olmadığına inandırmağa çalışırlar”.
“Çiçəklənən Ermənistan” fraksiyasının digər nümayəndəsi Vaqe Enfiacyan da hakimiyyətin mövqeyini tənqid edib. Parlamentin vitse-spikeri Kəlbəcərlə bağlı söylənilənləri cəfəng fikir adlandırıb: “28 il əvvəl bu günlərdə Kəlbəcəri azad etmişdik. Məhz martın 31-də Dadivank bizə qayıtmışdı. Bütün deyilənlərə baxmayaraq, Kəlbəcər həmişə bizim olub və olacaq. İndi şəhərin kimin nəzarətində olmasının əhəmiyyəti yoxdur”.
Qalmaqallı fikirlər səsləndirən Ovik Ağazaryan 1960-cı ildə Zəngəzurda doğulub. İrəvan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Ağazaryanın Ermənistanda bir sıra hüquqi normativ aktların hazırlanmasında böyük rolu olub.
Qeyd edək ki, müxalifət radikal anti-Azərbaycan açıqlamalarla çıxış etsə də, faktiki olaraq barışığa çağıran hakimiyyətin xalq arasında nüfuzu daha yüksəkdir./bizimyol.info
Dalidag.az



Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar
01-08-2025 13:57
