Reklam
Aqil Məmmədov şəhid ailələri və qazilərlə görüşdü - ŞƏKİLLƏR
23-03-2021 23:48
Milli Məclisin Kəlbəcər 123 saylı seçki dairəsindən seçilən deputat Aqil Məmmədovun bölgələrdə seçiciləri ilə görüşü davam edir.Dalidag.az -ın məlumatına görə, Yevlax şəhərində Milli Məclisin deputatı Aqil Məmmədov ilk öncə Şəhidlər Xiyabanın ziyarət etmiş, Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunmuşdur.
Millət vəkili A. Məmmədov seçiciləri Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunması milli bayramlarımızı tezliklə doğma yurdlarımızda keçirməyə imkan verəcək. O günlərin daha tez baş verməsi üçün Azərbaycan dövləti kompleks tədbirlər həyata keçirir.
Sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan əslən Kəlbəcər rayonundan olan və Yevlax şəhərində müvəqqəti məskunlaşan şəhid Azər Mikayılovun və Həsənli Seymurun ailəsində olmuş, ailənin vəziyyəti ilə maraqlanmışdır.
Görüşləri davam etdirən Milli Məclisin deputatı Aqil Məmmədov Vətən müharibəsinin qaziləri ilə görüşmüşdür. Görüş zamanı bir sıra suallar verilərək o suallara aydınlıq gətirilib. Eyni zamanda qazilər dövlətin onlara göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirmiş və tezliklə bərpa ediləcək Kəlbəcərdə məskunlaşmağı arzulamışlar.
Dalidag.az










Kateqoriya: Kəlbəcər
Tarix: 23-03-2021 23:48
Baxış sayı: 3385Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























