Reklam
Aqil Məmmədov seçicilərlə görüş keçirdi, Şəhidlər Xiyabanı ziyarət olundu - ŞƏKİLLƏR
21-03-2021 19:01

Gəncə şəhəri ərazisində yerləşən Kəlbəcər RİH Aparatının akt zalında deputat Aqil Məmmədovla seçicilərin növbəti görüşü keçirilib.
Dalidag.az-ın məlumatına görə, Rayonun vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə Gəncə şəhəri ərazisində, həmçinin, Şəmkir, Goranboy, Daşkəsən və digər ərazilərdə məskunlaşmış seçicilər iştirak edib.
Millət vəkili A. Məmmədov seçiciləri Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunması milli bayramlarımızı tezliklə doğma yurdlarımızda keçirməyə imkan verəcək. O günlərin daha tez baş verməsi üçün Azərbaycan dövləti kompleks tədbirlər həyata keçirir.
Görüşdə seçicilər müxtəlif məsələlərlə, problem və qayğılarla bağlı məsələlərə qaldırıblar. Hər bir müraciət dinlənilərək qeydə alınıb. Bəzi məsələlər yerindəcə həll olunub, digərləri ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunacağı bildirilib.
Görüş başa çatdıqdan sonra, Aqil Məmmədov başda olmaqla tədbir iştirakçıları Göygöl rayonu ərazisindəki Şəhidlər xiyabanını ziyarət ediblər. 44 günlük Vətən müharibəsində iştirak edib şəhidlik zirvəsinə ucalan, əslən Kəlbəcərdən olan şəhidlərni ruhuna dualar oxunub.
Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 21-03-2021 19:01
Baxış sayı: 3377Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























