Reklam
Aqil Məmmədov: "Novruz tonqallarını doğma yurdlarımızda qalayacağıq"
20-03-2021 14:42

Milli Məclisdə Kəlbəcəri təmsil edən deputat Aqil Məmmədov Novruz bayramı münasibətilə həmvətənlərini, seçicilərini təbrik edib.
Dalidag.az həmin təbrikin mətnini təqdim edir:
"Əziz həmvətənlər, hörmətli seçicilər.
Hər birinizi Novruz bayramı münasibətilə təbrik edirəm.
Bu Novruz ölkəmiz və xalqımız üçün xüsusilə əlamətdardır. Xalqımız uzun illərdən sonra Novruzu doğma torpaqlarımızın azad edildiyi bir şəraitdə qarşılayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etməklə xalqımızın taleyinə əbədi bahar gətirmişdir.
Dövlətin apardığı məqsədyönlü fəaliyyətlər nəticəsində ümid edirik ki, gələn il Novruz tonqallarını doğma yurdlarımızda qalayacağıq.
Bu gün xalqımız bəşəriyyətlə birlikdə koronavirus pandemiyası sınağından keçir. İnanıram ki, bu bəladan da birlikdə iradə nümayiş etdirərək xilas olacağıq və bütöv, güclü, firavan Azərbaycanda neçə-neçə Novruz bayramlarını keçirəcəyik.
Bayramınız mübarək!"
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 20-03-2021 14:42
Baxış sayı: 3385Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























