Reklam
Kəlbəcər rayon təhsil işçiləri şəhid ailəsini ziyarət edib - ŞƏKİL
19-03-2021 17:48

Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən İsmayıl Məhəmmədov və Kəlbəcər Rayon 115 nömrəli tam orta məktəbin direktoru Knyaz Abdullayev Vətən müharibəsi dövründə Şəhidlik zirvəsinə yüksəlmiş rayonun 115 nömrəli tam orta məktəbin məzunu Şəhid Tağıyev Eşqin Asif oğlunun ailəsini ziyarət ediblər.
Dalidag.az-ın məlumatına görə, şəhid ailəsinin qayğıları ilə maraqlanan təhsil işçiləri onlarla ətraflı fikir mübadiləsi aparıb və bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir.
Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan İsmayıl Məhəmmədov yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını deyib.
Məlumat üçün qeyd edək ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları tərəfindən mütəmadi olaraq Şəhid ailələri ziyarət olunurlar.
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 19-03-2021 17:48
Baxış sayı: 3381Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















