Reklam

Kəlbəcər RİH-nin başçısı yanında Operativ Qərargahın iclası keçirilib - Şəkil
02-03-2021 20:31

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Kəlbəcər rayonun xidməti ərazisində Koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinləşmə prosesini əhali arasında uğurla həyata keçirmək, eləcədə əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargahın yaradılması ilə əlaqədar olaraq iclas keçirilib. İclasda rayon rəhbəri Azər Qocayev bildirib ki, Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üçün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün lazımi addımlar atılmış, ən təhlülkəsiz vaksinlər ölkəmizə gətirilmişdir. 18.01.2021-ci il tarixindən əhali arasında başlanılmış vaksinasiya prosesi mövcud təlimata uyğun olaraq hal- hazırda rayonumuzda uğurla həyata keçirilir. İclasda çıxış edən Kəlbəcər Rayon Prokuroru Vüqar Əhmədli vaksinasiyanın əhəmiyyətindən söz açaraq hər bir məmurun bu işdə fəal olmağını və bu vacib dövlət tədbirinin uğurla icrasına töhvə verməli olduğunu bildirdi. İşçi qrupunun iclası zamanı Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonun xidməti ərazisində əhali arasında vaksinləşmə prosesinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlarla daha sıx şəkildə işlənilməli olduğunu qeyd edərək bu istiqamətdə öz tapşırıqlarını verdi.
Dalidag.az







Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar