Reklam

Azər Qocayev məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi ilə tanış olub- Şəkillər
22-02-2021 14:30

Nazirlər Kabibeti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Kəlbəcər rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində (körpələr evi- uşaq bağçalarında) təlim-tərbiyə prosesinin başlanması üçün bütün lazımi hazırlıq işləri görülüb. Nazirlər Kabinetinin müvafiq qərarının icrasının həyata keçirilməsinə ciddi nəzarət olunması məqsədi ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev məktəbəqədər təhsil müəssisələrindəki vəziyyətlə yerində maraqlanaraq, məktəbəqədər təhsil müəssisələrində yaradılmış Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin guşəsi ilə tanış olmuş, körpələrin gündəlik qida rasionuna baxaraq pandemiya şəraitində məktəbəqədər təhsil müəssisələrinin qarşısında qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində öz tövsiyyə və tapşırıqlarını vermişidir.
Koronavirus (COVİD-19) pandemiyası dövrü ərzində bağçaların hər birində karantin rejiminin qaydalarına əməl edilərək bütün təmizlik abadlıq işləri görülüb, bağçaların daxili və həyətyani sahələri təmizlənərək təlim-tərbiyə prosessinin başlanması üçün hazır vəziyyətə gətirilib. Bütün bağçaların daxilində və xaricində koronavirus (COVİD 19) pandemiyası üçün nəzərdə tutulan maarifləndirici məlumatlar hazırlanmış və ayrılmış yerlərə yapışdırılmışdır. Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevin tapşırığı ilə Kəlbəcər rayonu üzrə körpələr evi- uşaq bağçalarında bütün qabaqlayıcı profilaktik tədbirlər görülüb. Məktəbəqədər təhsil müəssisələrində mütamadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir, işçi heyyəti COVİD-19 testindən keçirilir, məktəbəqədər təhsil müəssisələri təmassız termometirlərlə və bütün lazimi şəxsi gigiyena vasitələri ilə təmin olunubdur.Bütün bağçalarda karantin otaqları ayrılmışdır.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığına əsasən rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin mövcud pandemiya şəraitinə uyğun olaraq həya keçirilməsinə ciddi nəzarət edir.
Dalidag.az











Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
