Reklam

Arzunuz çin olsun! - Yaxın gələcəkdə Kəlbəcərə qayıdacağıq
11-02-2021 09:30

Qədim Bərdə tarixən kəlbəcərlilərin aran bölgələrimizlə əlaqə saxladıqları avtomobil yolunun üzərində yerləşdiyindən burada, demək olar ki, hər bir kəlbəcərli ailənin dostluq, qohumluq və tanışlıq əlaqəsində olduğu insanlar olmuşdur. Odur ki, 1993-cü ildə torpaqlarımız ermənilər tərəfindən işğal olunanda məcburi köçkünlərin pənah gətirdikləri rayonlardan ilk sırada dayanan biri də Bərdədir. Bərdədə Kəlbəcər rayonundan olan minlərlə ailə məskunlaşmışdır. Kəlbəcər rayon icra hakimiyyəti bu ailələrlə, onların problemləri ilə vaxtlı-vaxtında maraqlanmaq, həmin problemlərin həllinə kömək üçün bəzi tədbirlər görmüşdür. Bu tədbirlər sırasında Kəlbəcər rayon icra hakimiyyəti başçısının Bərdə rayonunda səlahiyyətli nümayəndəsinin təyin edilməsi olmuşdur. Bu təyinatı uzun illərdir ki, Kəlbəcər rayonunun Hacı Alırzalar kənd sakini Əlizamin Mamedov layiqincə yerinə yetirir. Ə.Mamedov məcburi köçkün həmyerlilərimizin müraciətlərinə həmişə diqqətlə yanaşmağa,problemin vaxtında həll olunmasına çalışır. Onun vətəndaşlara hüquqi xidmətlər göstərmək üçün lisenziyası olduğundan həmyerlilərimizin məhkəmə işlərində onlara yaxından kömək edir.

Oqtay SALAHLI
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
