Kəlbəcər RİH başçının və rayon prokurorunun iştirakı ilə maarifləndirici tədbir keçirilib - ŞƏKİL

10-02-2021 17:33
Kəlbəcər RİH başçının və rayon prokurorunun iştirakı ilə rayon əhalisi arasında təhlülkəsizlik tədbirləri yekunlaşmayana qədər rayon ərazisinə qanunsuz daxil olmaların qarşısını almaq məqsədi ilə maarifləndirici tədbir keçirilib.
Dalidag.az-ın məlumatına görə, görüşdə  Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyatı qurumların rəhbərləri, ağsaqqallar iştirak edib.Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  Müzəffər ordunun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğulayaraq, tarixi qələbə münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki, şəhidlərimiz hər an bizim qəlbimizdə əbədi yaşayacaqdır. Daha sonra rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza qayıdışla bağlı etdiyi proqram xarakterli çıxışına toxunaraq bildirmişdir ki, rayon sakinlərinin öz doğma yurd-yuvalarını tezliklə görmək, oraya  qayıtmaq arzusu başa düşüləndir. Çünki uzun illərdirki soydaşlarımız öz ata yurdlarını görmür, doğmalarının məzarlarını ziyarət etmir. Lakin hər bir vətəndaşmızın təhlülkəsizliyi və təhlülkəsiz şəraitdə yaşaması dövlətimiz üçün əsas vəzifədir. Bu səbəbdən də, işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu işlərdə elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin. Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir.Mülki şəxslərin öz yurdlarını görmək istəyi bəzən onların canı bahasına başa gəlir. Hal-hazırda işğaldan azad edilmiş, ərzailər o cümlədən Kəlbəcər rayonu ciddi təhlülkə mənbəyidir, çünki ərazidə partlamamış mərmilər, minalar və digər hərbi sursatlar mövcuddur. Bu böyük təhlükə səbəbindən  piyadalarımız və avtomobillərimiz ərazidə sərbəst hərəkət edə bilmir və bəzən bədbəxt hadisələr baş verir, insanlarımız həlak olub, yaralanıb.
Azad edilmiş torpaqlarımız tezliklə minalardan təmizlənəndən sonra quruculuq, abadlıq işləri başlayacaq və biz tezliklə öz  Kəlbəcərimizə qayıdacağıq. Bu qayıdışa kimi isə əhali arasında maarifləndirmə və təbliğat işləri aparılmalıdır.
Kəlbəcər rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu ilə birgə fəaliyyət göstərərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsinə nəzarət edir. Rayon əhalisi arasında maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədi hər birimiz fəall olmalıyıq. Odur ki, əhalimiz arasında sizlərin vasitəsi ilə rayon sakinlərinə bir daha xəbərdarlıq edərək bildirir ki, işğaldan azad edilmiş ərazilərdə mövcud təhlükələri nəzərə alıb minalardan, eləcə də digər partlayıcı vasitələrdən tam təmizlənənədək və gediş-gəlişə icazə verilənədək həmin bölgələrə səfər etməkdən çəkinsinlər. Müvafiq icazəsi olmadan, polis postlarından yayınaraq və ya onların haqlı təlbinə tabe olmayan, işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olan şəxslər haqqında rayonun prokurorluğu tərəfindən qanunmüvafiq qaydada tədbir görüləcəkdir.

Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 10-02-2021 17:33
Baxış sayı: 3321
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını